Dünya 15 oktyabr 2023 – cü ildə Xankəndində baş verən tarixi hadisələrli diqqətlə izlədi. Aparıcı mediya qurumları həmən xəbərləri manşetdən verdi. Seperatçılıqdan əziyyət çəkən ölkələrin analitikləri televiziyalarda Azərbaycanın təcrübəsindən faydalanmaq barədə hökumətə məsləhətlər verirdi. Bəli, Azərbaycan təcrübəsində. faydalanmaq. Dünyada artıq bir Azərbaycan təcrübəsi var. Bu təcrübə seperatizmi kəsib tullamaq, yox etmək, kökündən kəsməkdir. Bu təcrübəni yaratmaq üçün Azərbaycan xalqı yumruq kimi bir oldu, sonra o yumruq döyüşə dəmirə döndü, düşmənin başını əzdi. Dövlətimizin başçısı dünya mediasına manşet oldu. Hər kəs onu ilk səhifədən paylaşdı. Qalib lider kimi. Sözünün üstündə duran lider kimi. Öz xalqına verdiyi sözü tutan siyasətçi kimi. İlham Əliyev verdiyi sözü tutdu. Çoxu inanmasada, ” bu regionda bu mümkün deyil ” desədə İlham Əliyev bunu bacardı. Ağlı ilə, səbri ilə, strateji düşüncəsi ilə, əzmi ilə, ” yüz ölçüb bir biçməsi “, ” zərgər dəqiqliyi ” ilə bu çətin işin öhdəsindən gəldi. Azərbaycan dünyanı qarşısına aldı. Tək Ermənistanla yox, bütün dünya ilə savaşdı. Kimlər üstümüzə gəlmədi ki. 3 böyük dövlət həmsədrlik institutu yaradaraq illərdir bizi oyaladılad. Beynalxaq təşkilatlar bizi haqlı olduğumuz halda haqsız çıxarmağa çalışdı, qlobal tədbirlərdə Qarabağla bağlı iclaslarda bizə məğlubiyyətimiz xatırladılırdı, bizdən məğlublara xas olan böyük güzəşt tələb edilirdi. Ancaq bu millət birləşdi, döyüşdü, qalib gəldi. 30 illik həsrət sona çatdı. Artıq heç kimdən heç bir güzəşt istəmirik. Buna ehtiyacımızda yoxdur. 86,6 min kv km. Tam – tamına ölkəmizin bütün ərazisi. Hamısına nəzarət bizdədir. Yoxdur artıq boz zona. Azərbaycan prezidenti verdiyi vədə əməl etdi. Bütün azərbaycanlıların prezidenti olmağı bacardı. Bütün Azərbaycan şəhərlərinə getdi. İlham Əliyevin prezident kimi ayağının dəymədiyi Azərbaycan rayonu, şəhəri qalmadı. O, bütün Azərbaycanı birləşdirdi. 15 oktyabrda biz bütövləşdik, birləşdik, bir Azərbaycan olduq. 15 oktyabrda Azərbaycan yenidən doğdu. İşğal altında torpağı olan ölkədən problemsiz bir məmləkətə çevrildi. 15 oktyabr 2003 – də edilmiş düzgün seçim özünü 15 oktyabr 2023 – də göstərdi. Xəstə xəyallar sona çatdı. Dənizdən dənizə olan böyük xəyallar dənizdə batdı. 15 oktyabrda kənd öz xanına qayıtdı. Pənahəli xanın yadigarı artıq bizə, öz varislərinə qayıtdı. Qarabağ xanlarının ruhu şaddır. Xocalıya bayrağımız asıldı, Xocalı şəhidlərinin ruhu artıq şaddır. Nə gözəl görüntülərdir. Nə gözəl tarixdir. Gələcək nəsillərin oxuyub, izləyib fəxr edəsi hadisələri biz görüb, yaşayıb fəxr edirik. Allaha şükürlər olsun ki, bizə bu gün göstərdi.
Zeynalabid Əmrəliyev