Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək
Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən bu yenilik yaxın həftələrdə bəzi istifadəçilər üçün aktivləşdiriləcək. Bununla belə şirkət bildirib ki, istifadəçilər əvvəlki kimi videolara dislike qoya biləcəklər. Sadəcə olaraq onlar videonun ümumi dislike sayını görməyəcəklər. Videoların yaradıcıları isə Youtube Studio bölməsində adi like-lar ilə dislike-ların saylarını görə biləcəklər. Youtube bildirib ki, o bu funksiyanı videoların yaradıcılarının xahişi əsasında...