Facebook sosial şəbəkəsində yeni yaradılan “Əsgərə Şanlı Məktub” qrupu vasitəsilə qrup üzvləri əsgərlərimizə içindən gələn ən gözəl duyğuları yazaraq paylaşırlar. Qrupun yaradıcısı Vəfadar Babayevin bildirdiyinə görə məktubları əsgərlərimizə göndərmək üçün çap etməyi və onlara yola salınan payların içinə məktubları da əlavə etmək planlanır.
Siz də qrupa üzv olaraq məktublarınızı paylaşaraq əsgərlərimizə mənəvi dəstək ola bilərsiz…
Sizə qrupdan bəzi screenshotları təqdim edirik…
Salam Qardaşım. Mən hal hazırda bədəninin necə yorğun olduğunu, soyuğ havalarda batinkada barmağ uclarının necə geyişdiyini, soyuğ olanda formanın üstünün necə havadan belə soyuğ olduğunu çox yaxşı bilirəm. Mən Özüm Murovda postda sözün əsl Mənasında vətənə qulluğ etmişəm. Öz balasına laylay deyən Ana kimi, gecələri yuxusuz qalıb keşik çəkmişəm. İndi neftçiyəm, lakin Allahım şahiddir ki, necə həsrətlə gözdüyürəm ki, çağırış gəlsin gəlim ora əlimə silah alıb düşmənin gözünü çıxardım əllərimlə hətta. Erməniyə güllə atılan silahdan gələn barıt iyinin insana necə zövq verdiyini çox gözəl bilirəm. Tank əleyhinə bölükdə olmuşam. Və düşmənə atılan raketin səsinin necə bir xumarlandırıcı səs olduğunu sözlərlə izah etmək çətindi. Atdığın hər addım, aldığın hər nəfəs, atdığın hər güllə Sənə halal olsun. Bütün atdığın güllələr öz mənzilinə uğurla, yayınmadan qat qat ağır zərbə olarağ düşmənin kürəyinə dəysin. Niyə kürəyinə, çünki Sənin şanlı addımlarından qorxub hamısı gizlənməyə bir deşik axtarırlar. Qardaşım Sənə bir sözdə deyim unutma. Düşmən qorxağ olduğu üçün çox hiyləgərdi. Ona görədə Səni qorxutmağ istəyən düşməndən qorxunc ol. Sənin zəkanı aldatmağ istəyən düşməndən dərrakəli ol. Orda, saydığım bütün çətinliklərə rəğmən fəxrlə, inadla, mərdcəsinə vətənin keşiyində dayanıb və eyni zamanda döyüşdüyünə görə o saf, təmiz vicdanından və şərəfindən öpürəm. Allah İgidlərimizi, Qardaşlarımızı qorusun. İn Şə Allah gələcəm tezliklə çağırarlar. Unutma Qardaşım: Allah hər zaman Sənin yanındadır, ətrafındadır Sənə Şah damarından daha yaxındır. Allah Amanında..