Özbəkistan, Qazaxıstan və Azərbaycan Türk Avtomobil Sənayesi layihəsi üçün birləşirlər UzAuto yeni layihənin başlandığını elan edən tanıtım videosu yayımlayıb. Bildirilir ki, Türk Avtomobil Sənayesi layihəsində Özbəkistan, Qazaxıstan və Azərbaycanın avtomobil sənayesi birləşdiriləcək. Videodan aydın olur ki, söhbət Özbəkistanın “UzAuto”, Azərbaycanın “AzərMaş” və Qazaxıstanın “Sarıarkaavtoprom” zavodları arasında hansısa əməkdaşlıqdan gedir. “Bu assosiasiya Avrasiya qitəsində avtomobil sənayesinin inkişafına yeni təkan verəcək və 65 milyondan çox əhalisi olan bazarları birləşdirəcək”,
Konqlomeratın yaradılması ideyası üç ölkənin maşınqayırma sənayesində möhkəm əlaqələrə əsaslanır. Məsələn, hələ 2022-ci ilin iyun ayında “Azərmaş” ASC ilə “UzAvtoSanoat” SC arasında Azərbaycanda avtomobil istehsalının lokallaşdırılmasına dair Memorandumu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov və “UzAvtoSanoat” sədrinin müavini Sardor Taciyev imzalayıblar.
Qeyd edək ki, dekabrın 21-də Daşkənddə keçirilən Özbəkistan-Qazaxıstan biznes forumu çərçivəsində avtomobil istehsalı sahəsində bir neçə saziş imzalanıb.
Çox güman ki, konqlomerat ideyası “UzAuto Motors”un köməyi ilə Azərbaycanda və Qazaxıstanda yeni Chevrolet modellərinin yığılması, eləcə də mövcud imkanların genişləndirilməsi və Özbəkistandan bu ölkələrə ehtiyat hissələrin tədarükünün artırılması baxımından daha sıx əməkdaşlıqla bağlıdır.