Google şirkətinin aparıcı araşdırma mütəxəssisi Daniel Russell istifadəçilərin axtarış edərkən ən çox yol verdikləri 3 səhvi açıqlayıb.
Google şirkətinin axtarış brauzeri çox uzun müddətdir ki, həyatımızın əvəzedilməz hissəsinə çevrilmişdir. Hətta “Google-lamaq” deyə bir ifadə belə dilimizə daxil olub. Google axtarış brauzerində axtarıb tapa bilməyəcəyiniz demək olar ki, heç nə yoxdur. Bununla belə, bəzən istifadəçilər axtardıqlarını tapmaqda çətinlik çəkirlər. Bunun səbəbi isə düzgün formada axtarış edilməməsidir.
Google şirkətində axtarış keyfiyyəti və istifadəçi məmnunluğu üzrə çalışmalar həyata keçirən aparıcı araşdırma mütəxəssisi Daniel Russell istifadəçilərin Google-da axtarış edərkən yol verdikləri üç xətanı açıqlayıb.
Russellin şirkətdəki vəzifələrindən biri insanların Google axtarış brauzerindən gündəlik həyatlarında necə istifadə etdiklərini daha yaxşı başa düşmək üçün araşdırmalar aparmaqdır. Onun mövzu ilə bağlı apardığı araşdırmalar isə sözügedən yanlışları ortaya çıxarması ilə nəticələnib.
Daniel Russellin bildirdiyinə görə, insanların Google-da hər hansı bir şey axtarış edərkən ən çox yol verdikləri səhvlər aşağıdakılardır:
Hər hansı bir mözunu araşdırarkən təkcə bir Google axtarışı etmək
Russellin söylədiyinə görə, bir Google axtarışı adətən bir mövzu haqqında bilgi əldə etmək üçün kifayət deyildir. Xüsusən də, sözügedən mövzu qarışıq və geniş əhatəlidirsə… Bu səbəbdən də, Russell bir mövzu ilə bağlı daha müfəssəl və dəqiq informasiya əldə etmək üçün ən az iki axtarış etməyi məsləhət görür.
Müəyyən bir axtarış nəticəsi əldə etmək üçün sorğunu təşkil etmək
Russellin aşkara çıxardığı digər bir vərdiş isə hər hansı bir sualın konkret cavabının olmaması halını nəzərə almadan məxsusi sual ünvanlanmasıdır. Məsələn, molyusklar tipinin başıayaqlılar sinfinə aid səkkizayaqlar adlı dəniz canlısının orta hesabla uzunluğunun nə qədər olduğunu öyrənmək üçün axtarış etdiyinizi fərz edək. Cavabın 21 inç olduğunu eşitmiş olarsınız, ancaq əmin olmadığınız üçün axtarış edərək dəqiqləşdirməyə qərar verirsiniz.