Uğurlu markaların ən mühüm xüsusiyyətlərindən biri yaddaqalan, digərlərindən fərqlənən loqoya sahib olmaqdır. Loqonun hazırlanması zamanı istifadə edilən rənglər, təsvirlər, dizayn xüsusiyyətləri həmin fərqlənməyə gətirib çıxarır. Odur ki, loqolar bu xüsusiyyətlər nəzərə alınmaqla dizayn edilərsə, kifayət qədər yaddaqalan və asanlıqla tanınan olurlar.
Markaların gücünü loqolarından aldığına inanan Portuqaliyalı qrafik dizayner Pedro Almeida bunu sübut etmək məqsədilə “Markaların Gücü – Minimalist Loqolar” başlıqlı şəxsi silsiləsini hazırlayıb.
28 yaşlı dizayner tanınmış markaların loqolarındakı təməl yazı və təsvirləri bir-birindən ayırmaqla söhbətin hansı markadan getdiyini tapmağınızı istəyir. O, bununla da vizual yaddaşın və təsiredici dizaynın markanın kimliyi üçün nə dərəcə böyük rola malik olduğunu göz önünə sərir. Minimalist təsvirlər, ana xəttlər və təməl rənglərlə sadə dizayn edilən loqolar bizə bu formada belə tanış gəlir. Bəs siz bu loqolardan neçəsini tanıya bildiniz?
banco