Koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimində yumşalmalar davam edir. Qeyd edək ki, rayonlara gediş-gəliş qismən bərpa edilib, sentyabrın 14-də metro öz fəaliyyətini bərpa edir. Bu gün hər kəsi maraqlandıran sual bütün dövlətlər ilə beynəlxalq ucuşlar nə zaman bərpa ediləcək?.
Bununla bağlı danışan professor Adil Qeybulla bildirib ki, sərhədlərin açılması tənzim olunan məsələdir:”Hazırda çarter reysləri var. Sərhədlərin açılması epidemioloji vəziyyətlə bağlıdır. Yəni ayrı-ayrı dövlətlər və epidemioloji vəziyyət yaxşı olmayan ölkələrlə ucuşlar məhdudur. Türkiyə ilə uçuşlar bir daha genişdir. Bu situasiyadan asılıdır.
Təbii ki, tədricən bütün dövlətlərlə beynəlxalq ucuşlar bərpa olunacaq. Epidemioloji vəziyyət düzəldikcə uçuşlar bərpa olunacaq və həyat öz axarına düşəcək. Bu uzaqdan olmayan zaman məsələsidir.
Hesab edirəm ki, karantin davranışları, qapalı məkanlarda sosial məsafənin qorunması, maska taxmaq və dezinfeksiya məhlularından istifadə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın son zəngi vurulana kimi davam etməlidir. Maska taxmaq payızda soyuqdəymə xəstəliyindən qorunmaq üçün adətə çevrilməlidir.
Yaponiyada maska taxma artıq adətə çevrilib. Hesab edirəm ki, payızın sonunda pandemiya tam bitəcək. Həmin dövrdə də bütün sosial həyat öz axarına düşəcək. Yeni ildə normal həyatımıza geri qayıda biləcəyik. O zamana kimi də karantin qaydalarına əməl etmək vacibdir”.
Sonxəbər