Whatsapp yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşdıracaq. Bu cür istifadəçi hesabları qəbul olunan mesajları oxuya və digər şəxslərə mesaj göndərə bilməyəcəklər. Bu barədə Techcrunch saytı xəbər verib. Qeyd etmək lazımdır ki, yaxın bir neçə ay ərzində sözügedən messencerə yeni konfidensiallıq qaydası əlavə ediləcək. Həmin qaydaya əsasən Whatsapp istifadəçilərinin bir sıra məlumatları Facebook-a ötürüləcək. Sözügedən yeni konfidensiallıq qaydası hələ bu ay messencerə inteqrasiya edilməli idi.
Lakin istifadəçilərin kütləvi narazıqlıqları səbəbilə proses may ayına təxirə salındı. Məlumata əsasən əgər istifadəçilər yeni şərtləri qəbul etməsələr onlar qısa müddət ərzində sadəcə messencer üzrə bildirişləri əldə edə və zənglər reallaşdıra biləcəklər. Lakin bu halda insanlar arasında mesajlaşma mümkün olmayacaq. Bildirişlərin qəbulu və zənglərin edilməsi özəllikləri isə bir neçə həftədən sonra deaktiv ediləcək. Yeni şərtləri qəbul etməmiş istifadəçi hesabları aktiv olmayan hesablar kimi qəbul ediləcəklər və 120 gündən sonra silinəcəklər. Yaxın həftələrdə messencerin daxilinə yeni konfidensiallıq siyasəti barəsində ətraflı məlumatı özündə əks etdirəcək banner yerləşdiriləcək.
Technote