Beyin çipi nədir, nə edəcək? Elon Musk ‘beyin çipi’ layihəsi Neuralink üçün daha bir tarix verdi! Amerikalı milyarder Elon Musk, Wall Street Journal CEO Şurasının Sammitində etdiyi çıxışında, Neuralink şirkətinin istehsal etdiyi, bir meymun üzərində uğurla sınaqdan keçirilən çipin 2022-ci ilə qədər insan beyninə yerləştirilə biləcəyinə dair ümidli olduğunu bildirdi. Belə bir sual yaranır beyin çipi nədir, nə edəcək?
Alzheimer və Parkinson kimi xəstəliklərin müalicəsində istifadə edilməsi planlaşdırılan və heyvanlar üzərində apardığı təcrübələrdə müvəffəqiyyət qazanan çipin hər şeyin yaxşı getdiyi təqdirdə 2021-ci ilin sonuna qədər insan beynində sınaqdan keçirilməsi gözlənilirdi.Onurğa beyini zədələnməsindən sonra insan bədəninin işləyişini yenidən qazana bilməsində Neuralinkin işə yaraya biləcəyini deyən Musk “Mən sizə boş yerə ümid vermək istəmirəm, amma hər gün bunu edə biləcəyimizə daha çox əmin oluram” ifadəsini işlətmişdir
Aprelin 9-da Maskın ‘beyin çipi’ layihəsi olan Neuralink meymun üzərində sınaqdan keçirildi və meymuna ‘Pong’ adlı video oyunu oynadıldı.Bu layihə ilə Mask əlil insanların düşüncə vasitəsi ilə , kompüter və smatr telefon kimi texnoloji cihazlardan istifadə etməyi hədəflədiyini də bildirmişdir
Aprelin 9-da Twitter hesabında paylaşım edən Mask, “İlk Neuralink məhsulu iflic olan insanın smart telefonu baş barmağından istifadə edən birindən daha sürətli istifadə etməyə imkan verəcək” deye açıqlama vermişdir. Mask öz yazısının dəvamında: “Sonraki versiyalar beyindəki Neyralinklərdən bədən motor/sensor neyron qruplarındakı Neyralinklərə siqnal ötürə biləcək və beləliklə, məsələn, beldən aşağısı fəlç olan birinə yenidən yeriməyə imkan verəcək”Keçən avqust ayında Musk şirkətin nevroloji problemləri olan insanlara telefonlarını və kompüterlərini zehni ilə idarə etməyə imkan verəcək interfeysini həmçinin Gertrude adı verilən və beyninə çip taxılmış dişi donuzu ictimaiyyətə təqdim etmişdir.