Ümumdünya Meteorologiya Təşkilatının (WMO) hesabatına görə, 2025-ci ilə qədər dünya sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yuxarı istilənəcək.Bunun ehtimalı 40% təşkil edir.
Paris İqlim Sazişində müəyyən edilmiş qaydalar qlobal istiləşmənin 2 dərəcə C-nin altında saxlanılacağını və hədəfin 1,5 dərəcə olacağını şərtləndirdi.
WMO-nun araşdırması, Böyük Britaniyanın meteorologiya bölməsi olan Met Office-in o cümlədən ABŞ və Çinin də daxil olduğu 10 ölkənin alimlərinin çalışmalarını əsas götürmüşdür
Son on ildən birində 1.5C həddinə çatma ehtimalı əvvəlki tədqiqatlarda 20% idi. Son qiymətləndirmələr bu nisbəti 40%-ə çatdırıb.
BBC TV -yə danışan Met Office-in baş elmi işçisi Leon Hermanson, yeni dərəcələrin 1980-1990-cı illər üçün proqnozlaşdırılan dərəcələrlə müqayisədə böyük bir artım olduğunu ifadə ifadə etmişdir: “Bu o deməkdir ki, biz 1.5C-yə yaxınlaşırıq. Hələlik bu dərəcəyə çatmamışıq, ancaq yaxınlaşmışıq: “Güclü addım atmaq üçün vaxt azalır, buna indi ehtiyacımız var” demişdir.
Təbii Dəyişikliklər
Tədqiqatçılar həmçinin deyirlər ki, hətta növbəti beş ildən birində istiləşmə sənayedən əvvəlki dövrlərə nisbətən 1,5°C-dən yuxarı qalxsa belə, bu müvəqqəti olacaq. Təbii dəyişkənlik o deməkdir ki, növbəti bir neçə il bir az daha soyuq ola bilər. Bildirilir ki, qlobal istiləşmənin 1,5 C həddini daimi olaraq aşması üçün 10 və ya 20 il lazım ola bilər.
London İmperial Kollecinin Grantham İnstitutunun tədqiqat şöbəsinin rəhbəri Dr. Joeri Rogelj deyir: “Meteorologiya İdarəsinin 1.5C reytinqi Paris İqlim Sazişinin 1.5C dərəcə həddi ilə qarışdırılmamalıdır”.
“Paris Sazişinin məqsədləri qlobal istiləşməyə aiddir – bu, ildən-ilə dəyişənlər silindikdə planetin temperaturunun artması deməkdir.
“Cəmi bir il ərzində 1,5°C-yə nail olmaq Paris razılaşmasının hüdudlarının aşıldığı anlamına gəlmir, lakin bu, çox pis xəbərdir.
“Bu, bizə iqlim tədbirlərinin nə qədər qeyri-adekvat olduğunu və qlobal istiləşməni dayandırmaq üçün emissiyaların sıfıra endirilməli olduğunu göstərir.”
BMT-nin 2018-ci ildə təşkil etdiyi iqlim panelinin hesabatında qlobal istiləşmənin 1,5 C-dən çox olacağı təqdirdə onun iqlim dəyişikliyinə təsirinin çox böyük olacağı açıqlanıb.
Mövcud hesablamalara görə, istixana qazlarının tullantılarının azaldılması ilə bağlı son vədlərə baxmayaraq, dünya 3C-yə qədər istiləşmə yolundadır.
WMO-nun prezidenti prof. Petteri Taalas, yeni tədqiqat nəticələrinin “sadəcə statistikadan daha çox şeyə işarə etdiyini” söylədi:
“Bu tədqiqat göstərir ki, biz yüksək elmi ixtiraçılıqla Paris İqlim Müqaviləsi ilə müəyyən edilmiş aşağı hədəflərə doğru ölçülə bilən və birbaşa irəliləyiş əldə edirik.
“Bu, dünyanın istixana qazı emissiyalarını azaltmaq və karbon neytrallığına nail olmaq üzrə öhdəliklərini yerinə yetirməsi üçün stimuldur”.
Reading Universitetinin iqlimşünası Prof. Ed Hawkins deyir ki, əgər yeni hesablamaların doğruluğu sübuta yetirilərsə, “bu, Paris İqlim Sazişinin astanasının keçdiyi anlamına gəlməyəcək”.
Hawkins 2016-cı ilin iki ayında istiləşmənin 1,5 C dərəcəyə yüksəldiyini xatırladır və gələcəklə bağlı xəbərdarlıq edir:
“İqlim istiləşdikcə, 1,5C-dən yuxarı qalxan daha çox aylar olacaq. Sonra bir neçə ay, bütün il, iki və ya üç il və nəhayət, hər il orta hesabla 1,5C-dən yuxarı olacaq.”
Hawkins də 1,5 C dərəcənin “yola veriləcək sehrli bir rəqəm olmadığını” ifadə edərək belə şərh etdi:
“Bu, uçurumun kənarı kimi deyil, maili ərazidəyik və iqlim istiləşdikcə təsir daha da pisləşəcək.
“Biz istiləşməni məhdudlaşdırmaq üçün bir xətt çəkməliyik, lakin başa düşürük ki, biz artıq Böyük Britaniyada və dünyanın başqa yerlərində iqlim dəyişikliyinin təsirini görürük, bu təsirlərin qarşısını almasaq təsirləri daha güclü olacaq.”