Terror anlayışı qədim məfhumdur ki, onun izi Qriqorian təqviminin ilk illərində yəhudi zelotlarının başçılıq etdiyi yəhudilərin Romaya qarşı üsyanına qədər gedib çıxır. Daha sonra Böyük Səlcuqlar dövründə Həsən Sabbahın rəhbərlik etdiyi “Haşaşilər” terror qruplaşmalarını misal göstərmək olar. Ancaq bugünkü terror anlayışının mənası Fransız İnqilabı ilə ortaya çıxdı. 1789-cu il Fransız İnqilabından sonra 1793-cü il Konvensiya dövründə Yakobin administrasiyası tərəfindən tətbiq edilən sistematik zorakılıq siyasəti siyasət və hüquq sahələrində “terrorizm” anlayışının yaranmasına səbəb oldu.
Terror və terrorla bağlı müxtəlif fikirlər var. Əslində, eyni əməli törədən şəxs və ya qrup bir ölkədə terrorçu, digər ölkədə isə qəhrəman ola bilər.
Beynəlxalq hüquq sahəsinə nəzər saldıqda, təəssüf ki, bütün dövlətlərin birgə qəbul etdiyi terrorizmin ümumi tərifi yoxdur. Amma xüsusən dövlətlərin qanunlarında, ümumilikdə beynəlxalq təşkilatların müxtəlif konvensiya və müqavilələrində maddə və ya qısa tərif kimi qeyd edilən terrorizmin tərifləri var
Bəzi araşdırmacılara görə, terrorçu anlayışı daha böyük təşkilatın kiçik bir hissəsidir.Beləki terroçular böyük dövlətlərin öz məqsədlərinə çatmaq üçün istifadə etdikləri maşa rolunu oynayır
Terror və terrorçu anlayışları tamamilə fərqlidir. Terrorizm bir qrup və ya təşkilatın bilərəkdən və könüllü olaraq birgə planlaşdırdığı hücum aktıdır.Terrorçu terror təşkilatına üzv olmuş, verilmiş əmrləri şüurlu və
istəyərək yerinə yetirən şəxsdir. Terrorçular adətən verilən əmrləri sorğu-sual etmədən yerinə yetirirlər. Əgər həyata keçirməsə və ya etsə və nəticəsiz qayıtsa, yuxarılar tərəfindən cəzalandırılacaq.
Bütün qeyri-müəyyənliklərə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı ilk yarandığı zaman BMT nizamnaməsində terrorla bağlı heç bir tənzimləmə yox idi, Soyuq Müharibə dövründə SSRİ-nin Əfqanıstana müdaxiləsi ilə Əl-Qaidə və eyni dönəmdə İrlandiya Respublikası Ordusu kimi terror təşkilatlarının ortaya çıxması ilə, BMT-də terrorla bağı qərarların gözdən keçirilməsi düşüncəsini ön plana çıxarmışdır.. Soyuq müharibənin sona çatması və terror qruplarının qlobal bir mahiyyət qazanması ilə BMT daha ciddi addımlar atmalı oldu. Son zamanlar şahidi olduğumuz İŞİD bəlası ilə terrorun bütün bəşəriyyətin ortaq problemi olduğu və terrorun ideoloji zəminə daşındığı görüldü. Öz ideologiyasına tərs olan hər dövlətə və cəmiyyətə qarşı qruplaşmalar tərəfindən hücumlar olmuşdur. Bundan başqa dövlətlərin öz çıxarlar üçün teror qruplaşmalarına yardımlar etdiyidə bir faktdır. Beləki bir çox bölgədə təsir vasitəsi kimi böyük dövlətlərin terror qruplaşmalarına dəstək verməsi günümüz reallığında qəbullanılmışıdr.Bəzən bir dövlətin terrör qruplaşması olaraq qəbul etdiyini başqa dövlət və ya dövlətlər həmin qruplaşmanı başqa ad altında dəyərləndirərək dövlət büdcəsindən hər il milliyonlarla pul ayırır.Bu kimi hallar ikili standartlardan və terror qruplarının əslində bir təsir vasitəsi kimi istifadəsindən də xəbər verir.
Yuxarıdakı misallardan sonra terrorizm və terrorizmi müəyyənləşdirmək üçün: Terrorizm; Sözü qorxutma mənasını verən şiddətli hərəkatdır və ictimai nizamı məhv etmək üçün qorxu və hədə-qorxu hərəkətlərindən istifadə edilir. Terrorizm; Siyasi məqsədlərə çatmaq üçün davamlı terror metodundan istifadə edən və ya hökuməti/dövləti terrorizmlə mübarizə aparmağa məcbur edən bir anlayışdır.Bu məqsəd və hərəkətlər dövlətin sərhədlərini keçməklə qlobal miqyas alır.Beləliklə, təhlükə regionaldan qlobal miqyasda inkişaf edir.