Rusiyanın Moskvadan sonra ikinci ən böyük bölgəsi olan Tatarıstan sənaye istehsalı baxımından ən inkişaf etmiş bölgələrdən biridir. Ruslardan sonra ən çox əhalisi olan Kazan türklərinin yurdu olan Tatarıstan Respublikası Sovet İttifaqının dağılmasından sonra Moskva ilə bağladığı müqaviləyə görə müəyyən hüquqlara malik idi. Amma indi heç biri qalmadı.
Putin Regional İdarəetmə Qanununa əsasən Tatarıstanın muxtariyyətini ləğv etdi. Yəni Tatarıstan liderinin “Prezident” titulu bundan sonra “Nazir ”statusuna endirilmişdir. Tatarıstan Rusiyanın federal dairəsi kimi idarə olunacaqdır.
Sovet İttifaqının dağılmasından sonra Tatarıstanın ilk Prezidenti Şaymiyev 1994-cü ildə müstəqillik əvəzinə xüsusi federativ saziş bağlamaq qərarına gəldi. Çoxları Şaymiyevi müstəqilliyə üstünlük vermədiyinə görə tənqid etsə də, bu, o dövrdə Tatarıstanın iqtisadiyyatı və inkişafı üçün mühüm saziş kimi qəbul edilirdi. Əslində bu, Moskva üçün də çətin razılaşma idi. Bildirilir ki, Moskva çeçen müharibəsi səbəbindən müqaviləni imzalamalı olub. Müqaviləyə əsasən, Tatarıstan dil, büdcəyə 50% vergi əlavə etmək və xarici əlaqələrdə nümayəndəlik açmaq kimi bir çox hüquqlar əldə etdi. Tatarıstanın 13 il davam edən xüsusi vəziyyəti 2007-ci ildə yenilənmiş müqavilə ilə yenidən nəzərdən keçirildi və əldə edilən hüquqların bir çoxu Moskva tərəfindən ləğv edilmişdir. 2017-ci ildə Putin razılaşmanın uzadılmayacağını açıqlamışdı. Rəmzi hüquqların qaldığı müqavilədən sonra yalnız Tatarıstan Respublikasının lideri üçün istifadə edilən “Prezident” titulu qalmışdı. Tatarıstan Rusiyada Putindən sonra “Prezident” titulundan istifadə edən yeganə region olmuşdur. Putinin son qərarı ilə Tatarıstan Respublikasında bu titul rəsmən ləğv edilmişdir.
Görünür, Putin yeni qanunlarla Sovetlərin quruluşundaki qeyri-mütəşəkkilliyi aradan qaldırmaqla Rusiya Federasiyası federasiyalarını yalnız simvolik olaraq saxlamaq niyyətindədir. Hətta bir çox insanlar yeni konstitusiya ilə Putinin Rusiya xalqlarını assimilyasiyaya məruz qoyaraq ruslaşdırdığını düşünür. Biz bunu gələcəkdə daha yaxşı görəcəyik.