1.Qazaxıstan barədə əsas iqtisadi göstəricilər
🔴 Əhalisi: 18.6 milyon nəfər, dünyada 64-cüdür.
• Əhalinin tərkibi: 69% qazaxlar, 18% ruslar. Orta yaş: 31
🟢 ÜDM: $188 milyard (dünyada 55-ci)
⚫ İşsizlik: 4.5%
⚠️ İxrac həcmi: $55 milyard
🔴 Valyuta ehtiyatı: $37 mlrd
⚠️ Xarici borcu: $166 mlrd
🔔 Ən varlı 1% təbəqə Qazaxıstanın 37% zənginliklərinə sahibdir.
🇷🇺 Qazaxıstandakı Rusiya şirkətləri:
• LuKOil 2 neft və qaz layihəsində iştirak edir. SberBank ölkənin 2-ci bankıdır.
• Headhunter lider iş axtarış servisidir. Eləcə də FixPrice, Ozon, MMK, Rusal kimi şirkətlər.
🇺🇸🇪🇺 Qazaxıstandakı Qərb şirkətləri:
• Tengiz – 1.1 mlrd ton neft ehtiyatına malik yatağında Chevron 50%, ExxomMobil 25% paya sahibdir.
• İnkay – uran yatağının 40%-i Kanadaya məxsusdur.
• Astana birjasında 4.1% Goldman Sachs-ın payı var. Kaspi bankının 3%-i Goldman Sachs, 31%-i Baring Vostoka aiddir.
mənbə:expertonomics
2. 4.5 mln m³ Türkmənistan qazı İran üzərindən Azərbaycana çatdı; Noyabrda müqavilə imzalanmışdı.
3. Prezident Əliyev Medvedev’ə ETİRAZ MƏKTUBU GÖNDƏRİB.
✔️ Səbəb: Medvedevin sədri olduğu “Vahid Rusiya” Partiyasının deputatı Qarabağa qanunsuz səfər edib.
4. Argentina Mərkəzi Bankı faizi 40%-ə QALDIRDI.
❗Son bir ildən artıq müddətdə faiz artırmayan bank, indi 38 faizdən 40 faizə qaldırmağa məcbur olub.
🔔 Çünki illik inflyasiya 50%-ə çatıb. IMF Argentinaya verdiyi təqribən $40 milyard kredit üçün dekabr ayında aparılan danışıqlarda Argentinaya “uyğun pul siyasəti” həyata keçirməyi tövsiyə edib.
mənbə:Tipik İqtisadçı-Ekspert
5. Rusiya Prezidenti Vladimir Putin Belarusun dövlət başçısı Aleksandr Lukaşenko və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefonla danışıb.
Bildirilib ki, tərəflər Qazaxıstandakı son vəziyyəti müzakirə ediblər.
6. “ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstanda baş verən faciəli hadisələrlə bağlı məzəli zarafat etməyə çalışıb. Əgər Antoni Blinken tarix dərsləri ilə maraqlanırsa, ağlımıza gələn budur: amerikalılar sizin evinizdə olanda qarət edilmək və ya zorlanmamaq deyil, sağ qalmaq çətin ola bilər.
ABŞ dövlətçiliyinin 300 ili ərzində ancaq onlara bu öyrədilib. Şimali Amerika qitəsinin hinduları, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görmək nəsib olmayan bir çox başqa bədbəxt insanlar bu barədə çox şey danışacaqlar.”
7. Türkiyə Qazaxıstana təxliyyə təyyarəsi göndərir.
Məlumata görə, THY Qazaxıstandan 75 nəfəri təxliyə edəcək.
Xatırladaq ki, Qazaxıstanda baş verən hadisələrlə əlaqədar olaraq THY-nin uçuşları yanvarın 9-dək dayandırılıb.
mənbə:shedevrplus
8. Sumqayıtda xəstəxanada yanğın söndürülüb.
Məlumata görə, yanğın 4 nömrəli Sumqayıt şəhər xəstəxanasında baş verib.
Əraziyə 10-a yaxın yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Xəstələr təcili tibbi yardım maşınları vasitəsilə təxliyə edilib.
TƏBİB-dən isə bildirilib ki, ilkin məlumata görə, xəsarət alan yoxdur.
9. “Bank Turan Alem”in keçmiş rəhbəri Muxtar Ablyazov özünü Qazaxıstandakı müxalifətin və etiraz aksiyalarının lideri adlandırıb.
M.Ablyazov qeyd edib ki, Qazaxıstana qayıtmağa və müvəqqəti hökumətə rəhbərlik etməyə hazırdır. Lakin bir şərtlə ki, etiraz aksiyası yetərli səviyyəyə çatsın.
mənbə:shedevrplus
.
.