“World Happiness Report” reytinqi hər il tərtib edilir. Orada dünyanın 146 ölkəsinin qiymətləndirilməsi aparılır. Qiymətləndirmə zamanı ömür uzunluğu, sosial dəstək, korrupsiya və digər göstəricilər nəzərə alınır. İlk reytinq 2012-ci ildə tərtib edilib.
Dünyanın ən xoşbəxt ölkələrinin ilk onluğuna həmçinin Danimarka, İslandiya, İsveçrə, Niderland (Hollandiya), Lüksemburq, İsveç, Norveç, İsrail və Yeni Zelandiya daxil olub. ABŞ siyahıda 16-cı, Böyük Britaniya 17-ci, Fransa isə 20-ci yer alıb.
Keçmiş Sovet İttifaqı ölkələri arasında ən yaxşı nəticə Litva və Estoniya göstərib – 34-cü və 36-cı yerlə tutub. Qazaxıstan 40-cı, Latviya 42-ci, Özbəkistan 53-cü, Moldova 62-ci, Belarus 65-ci, Türkmənistan 78-ci, Rusiya 80-cı, Azərbaycan 92-ci, Ermənistan 82-ci, Tacikistan 83-cü, Ukrayna 98-ci, Gürcüstan isə 105-ci yerdə qərarlaşıb.
Reytinqin sonuncu sıralarını Əfqanıstan və Livan tutub.