Sürətlə böyüyən dünyamızda texnologiyanın inkişafı ilə müharibənin formaları da dəyişməyə başlayıb.
Ölkələr orduları ilə deyil, həm də qurduqları və/yaxud dəstəklədikləri (Wagner və ya Blackwater kimi) təhlükəsizlik şirkətləri ilə sahədə fəaliyyət göstərməyə başlayıblar.
Bu ölkələr içərisində ən təcrübəli olanı ABŞ dır.ABŞ ilə Rusyanın bütün sahələrdə olduğu kimi bu sahədə də yarış içərisində olduğunu söyləmək olar.
Suriya Vətəndaş Müharibəsindən sonra adı daha çox səslənməyə başlayan “Vaqner” şirkətinin ilk quruluşu haqqında dəqiq məlumat yoxdur. Onun meydana çıxması Ukraynada baş verən hadisələrdir.
Ukraynada başlayan vətəndaş müharibəsində “Slavyan Qoşunları” adı altında separatçı qrupların tərkibində iştirak etmiş və bütün dünyanın diqqətini burada cəlb edə bilmişdir.
“Putinin gizli ordusu” olduğu deyilən şirkətin başında Rusiya ordusunda polkovnik-leytenant rütbəsində xidmət edən Dmitri Utkinin olduğu idda edilir.
Şirkətin dövlətlə əlaqələrinin aşkarlandığı olaraq bildirilən hadisə; Putin tərəfindən Dmitri Utkinə verilən medallardır. Həmçinin, Utkin ABŞ-ın sanksiyalar siyahısında adı vardır. Vaqner Rusiya Bayrağı və Ordu Simvolundan İstifadə Etmir
Bu qruplaşmaya daxil olan muzdlular kamuflyaj kostyumları geyinirlər, lakin heç vaxt Rusiya bayrağı və ya hər hansı hərbi simvolu daşımırlar.
Rusiya mediası qruplaşmadan ağır silahlar və zirehli texnika ilə təchiz edilmiş rəsmi olaraq mövcud olmayan hərbi birlik kimi bəhs edir.
Dünya ictimaiyyəti bu qrupun Rusiyaya bağlı olduğunu desə də, Kreml bunu həmişə rəsmi olaraq təkzib etmişdir.
Qrupun muzdlularının sayı ilə bağlı dəqiq məlumat olmasa da, 1000-5000 arasında olduğu təxmin edilir.
Əsgərlərin aldıqları maaşın 1000-4500 dollar arasında olduğu iddia edilir.
Bildirilir ki, qrup üzvləri Rusiyada onlara ayrılmış xüsusi torpaqlarda (Rusiyanın cənubundakı Krasnodarın Molkino qəsəbəsi) hər cür silahdan istifadə edə bilmək üçün ağır və çətin təlimlərdən keçirlər.
Qrupun üzvləri təkcə ruslar deyil. Çeçen, tatar, tacik kimi müxtəlif cəmiyyətlərdən olan əsgərlərin də olduğu bildirilir.
Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə qarışması ilə qrupun Suriyada mövcudluğu başlamışdır.
Bu qrup Suriyada Rusiyanın ələ keçirdiyi bölgələrin (xüsusilə neft və təbii qaz) təhlükəsizliyinə cavabdehdir.
Onun nəzarət etdiyi neft yataqlarının gəlirlərindən pay aldığı bildirilir. Suriyada çox xüsusi və riskli əməliyyat missiyaları da bu qruplaşma tərəfindən həyata keçirilir.
Kreml Vaqnerin varlığını inkar edir
Vaqner ordusunun Suriya vətəndaş müharibəsinə cəlb olunması ilə hərbi itkilər ön plana çıxmağa başladı.
Mətbuat ölənlərin rus əsgərləri olduğunu bildirsə də, Kreml bu iddiaları dəfələrlə təkzib edib.
O zaman verilən açıqlamalarda ölənlərin Rusiya vətəndaşı olduğu deyilirdi və xüsusilə əsgər sözünün işlədilməməsi diqqət çəkirdi.
ABŞ prezidenti Donald Trampın may ayında etdiyi çıxışında Deyr-i-Zorda rusları vurduqlarını, hava hücumunun 10 dəqiqə davam etdiyini və bu müddət ərzində 100-300 rusiyalının öldürüldüyünü yanlışlıqla söyləmişdi.
Bunun nə qədər doğru olub olmaması bilnmir ancaq o dənəmdə ABŞ ən o bölgədə əməliyyat keçirdiyi bilinirdi.
Black Water “WAGNER” Rusiya ya bağlılığı heç bir vaxt rəsmi olaraq qəbul edilməmişdir. Ancaq başda da dediyimiz kimi Rusiya və ABŞ kimi böyük dövlətlərin öz məqsədlərinə çatmaq üçün artıq bilinen ordulardan deyil gizli və muzdullu brləşmələrdən istifadəsi gizli deyildir.