Rusiya-Ukrayna böhranının təsirləri davam edir. Son təhlillərə görə, sosial media platformalarında Rusiya istifadəçilərinin sayında böyük azalma müşahidə olunub.
Bir çox sosial media platformaları müharibədən sonra Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq etdi.
Bu sanksiyaların təsirləri günbəgün varlığını göstərir.
Təhlillərə görə, YouTube-da rusdilli fəal istifadəçilərin sayında azalma müşahidə olunub.
Bundan başqa, Rusiyada istifadəçilərin Instagram və TikTok-a marağında ciddi itki var.
TikTok Rusiya məzmunlu paylaşım edənlərin 87 faizini itirmişdir.
Məşhur video platforma YouTube-un fevralın 24-dən aprelin 20-dək olan müddətdə rusdilli məzmun yaradıcılarının sayını 21 faiz azaldığı qeyd olunmuşdur.
Brand Analytics-in araşdırmasına görə, digər sosial media platformalarında da Rusiya istifadəçilərinin sayında azalma müşahidə olunub.
Brand Analytics-in mesajında, “Bu gün müşahidə edilən əsas rəqəm Ukraynada müharibə başlayandan bəri aktiv rusdilli YouTube yaradıcılarının sayının 21 faiz azalmasıdır. Bu hələ platformanın Rusiya ilə bağlı olan bir qisim maneələrindən sonra baş vermişdir .” deyə qeyd olunmuşdur.
Muharibə dövrü ərzində ən böyük eniş TikTok-da olub. Rus istifadəçilərinin TikTok-da paylaşmalarına qadağa qoyulması bu vəziyyətin birbaşa nəticəsidir.
Diger sosial media platformasi olan İnistagramda eyni şəkildə Rus istifadəçilərinin sayına azalma kəskin müşahidə olunmaqdadır.
Şirkət rusdilli aktiv istifadəçilərinin 56 faizini itirib. Buna səbəb kimi Instagram-ın Rusiyada bloklanması və yerli reklamçıların platformadan uzaqlaşması göstərilir.
Bu vəziyyət , Rusiyanın özünün Facebook versiya platforması olan VKontakte şəbəkəsinin 22 faiz artmasına səbəb olub.