Instagram sosial şəbəkəsinin paylaşıma link əlavə etmək üçün patent aldığı məlum olub.
Facebookun hələ 2016-cı ildə ala bildiyi bu patent artıq Instagram üçün də istifadə ediləcək. Yeni sistemin hələlik hazırlıq mərhələsində olduğu bildirilir. Facebokun rəhbəri Mark Zukerberq isə patent barədə açıqlama verməyib.
Lakin, ilkin məlumata görə, patent nəticəsində paylaşıma link artırmaq istəyənlər ödəniş etməli olacaqlar. Linki ödənişsiz də əlavə etmək mümkündür, amma bu zaman digər istifadəçilər buraya daxil ola bilməyəcəklər.
İzləyicilərin linkə daxil ola bilməsi üçün isə paylaşımın sahibi 2 dollar ödəməlidir.
Banco