Volvo” 1927-ci ildə isveçli Assar Gabrielsson və Gustaf Larsson tərəfindən qurulmuş hazırda yüksək təhlükəsizlik üstünlükləri ilə digər avtomobil modellərindən önə çıxan bir brenddir. İnternetdə tez-tez bu avtomobillərinin təhlükəsizliyini belə bir romantik hekayə ilə paylaşırlar. Guya “Volvo” şirkətinin quran adamın qızı avtomobil qəzasında ölür və kişi də söz verir ki, bütün avtomobillərini elə istehsal edəcək ki, “Volvo”da bir də heç kim ölməyəcək. Bu sadəcə uydurulmuş hekayədir. Hər iki şəxsin 4 uşağı olub və bu uşaqlar yol qəzasında filan ölməyiblər. Ümumiyyətlə “Volvo” avtomobillərində insan ölümü olmur statistikası da düzgün deyil, təbii ki, həmin avtomobillərdə də ölümlə nəticələnən qəzalar olur və olmaqdadır. Sadəcə həmin ehtimal digər markalardan daha aşağıdır.
1959-cu ildə “Volvo” mühəndisi isveçli Nils Bohlin üç nöqtədən bağlanan təhlükəsizlik kəmərini icad edib. Bu icad indiyə qədər 1 milyondan çox insanın həyatını xilas edib. Kəmər sadəcə başlanğıc idi. “Volvo” şirkəti onlarla başqa təhlükəsizliklə bağlı icadların patentinə sahibdir.
Albert Eynişeydi