Kəskinləşmə xətti üzrə inkişaf edən Rusiya-Ukrayna/Qərb qarşıdurması danışıqlara bir yer saxlamır. Bununla belə tərəflərin mövqe, maraq, resurs və gözləntiləri bir-birindən fərqlənir. Rusiya Neftə tədbiq edilən qiymət həddi Rusiyanın gündə $160 mln., neft məhsullarına tədbiq edilən qiymət həddi isə əlavə $280 mln. vəsait itirməsinə gətirir. Sanksiyalar + qiymət həddi Rusiyanın Çin, Hindistan və digər ölkələrə təqdim etdiyi diskonta da təsir göstərir. Aprel-noyabr aylarında diskontun həcmi 25%, dekabr ayında isə 37%-ə çatmışdır. Nəticə etibarı ilə 2022-ci ildə Rusiyanın neft-qaz gəlirləri 46%, qeyri-neft gəlirləri isə 28% azalmışdır. Gəlirlərin azalması ilə paralel Rusiyanın büdcə xərcləri 59% (₽3,1 trln.) artmışdır. Bütün bunlar Rusiyada ₽1,76 trln. ($25 mlrd.) həcmində büdcəsi kəsirinin yaranmasına səbəb oldu. Belə hal 1998-ci ildən bəri yaşanmamışdır. Büdcə kəsirini bağlamaq üçün maliyyə nazirliyi xarici valyutada olan vəsaitləri + 3 tondan artıq qızıl satsa da, əldə edilən vəsait lazım olan vəsaitdən dəfələrlə az oldu. Ekspertlərin fikrincə yaranan büdcə kəsirini bağlamaq üçün Rusiyanın yeganə çıxış yolu pul emissiyasını həyata keçirtməkdir. Belorusiya Görünən odur ki, yaxın vaxtlarda Minsk müharibədə daha aktiv rol oynaya bilər. Moskvanın təkidinə tab gətirə bilməyən Minsk, ərazisini Ukraynaya hücum üçün plasdarm kimi verə və ya özü müharibə tərəfi ola bilər. Amma Minsk həm də anlayır ki, Kiyevin hazırkı hərbi potensialı ona Belorusiya ərazisinə zərbələr endirməyə imkan yaradır. ABŞ Atlantic Council mərkəzinə görə qiymət həddinin müəyyən edilməsi Rusiya ÜDM-nin 4,5% azalmasına gətirəcəkdir. Venesuella neftinin ixrac edilməsi ilə bağlı əldə edilən razılaşma enerji bazarlarını sabitləşdirib, ABŞ-ın mövqelərini gücləndirəcəkdir. Rusiyada yaranan büdcə kəsiri isə hökümətə pensiyaların inflyasiya indeksasiyasını həyata keçirtməyə imkan verməyib, əhalinin rifahına mənfi təsir göstərəcək. CSİS mərkəzi bundan da irəli gedib, qiymət həddinin yaxın vaxtlarda Rusiyaya daha ağır zərbə endirəcəyini bildirir. Sanksiyalar səbəbindən daha uzaq bazarlara üz tutmağa məcbur olan Rusiya, beləliklə yükdaşıma və sığorta xərclərində (bir barel görə $30) böyük itkilər göstərəcəkdir. Beləliklə, Rusiyanın artan uğurszuluqları ABŞ-ı Ukraynanı daha aktiv dəstəkləməyə stimullaşdırır. E.Blinken və V.Nuland səviyyəsində Dövlət departamenti Krımda yerləşən hərbi obyektləri legitim hədəf adlandırır, Krımın qaytarılması uğrunda Ukraynanı dəstəkləyəcəyini bildirir və Ukraynaya müharibədən sonra da hərbi yardım göstərəcəyini bəyan edir. Aİ 10-cu sanksiya paketində Brüssel vurğunu əvvəlki paketlərdə mövcud boşluqların bağlanılmasına etmişdir. Məlumata görə sanksiya paketinə raketlərin hazırlanmasında istifadə oluna bilən 47 növ elektron komponent, Alfa-Bank, Rosbank, Tinkof və Milli Rifah Fondunun SWIFT-dən çıxarılması və nadir torpaq elementlərinin ixracına embarqo daxil ola bilər. Çin Qərb dünya iqtisadiyyatının 60%-ni təcəssüm etdirdiyi halda Çin dünya iqtisadiyyatının təxminən 20%-ni, Hindistan isə 3,5%-ni təşkil edir. Yəni Çin Rusiyanın istəyinə rəğmən Moskva üçün Qərbi əvəz edə bilmir. Bundan savayı Çin üçün Qərblə yaxşı münasibətlər prioritetdir. Çin Rusiyadan gələn enerji resurslarını başqa mənbələr hesabına əvəzləyə bilər, lakin Qərbdən gələn kapital və texnologiyanı Rusiya ilə əvəzləyə bilməz. Bu səbəbdən Çin Moksvanın geosiyasi ambisiyaları naminə Qərblə münasibətlərini korlamayacaq. Lakin Çin Rusiyanın lazım olandan artıq zəifləməsində də maraqlı deyil. ABŞ generalı M.Minixan yaxın 2 ildə, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin rəhbəri M.Makkol 2025-ci ildə, CSİS mərkəzi isə 2026-cı ildə Çin-ABŞ müharibəsinin baş verə biləcəyini proqnoz edirlər. Ehtimal olunan müharibə Pekinə Moskvadan təmamilə üz döndərməyə imkan vermir. Nəticə Görünən odur ki, danışıqların iflası və artan qüvvə disbalansı tərəfləri resursları səfərbər edib, yaz aylarında müharibə meydanında yeni geosiyasi reallıq formalaşdırmağa cəhd etməyə məcbur edəcəkdir.