Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
“Report” quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 2,5 faiz bəndi artırılaraq 42,5 %-dan 45 %-ə qaldırılıb.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 21-də keçirilmiş iclasında 40%-dan 42,5 %-ə çatdırılmışdı.