Martın 31-də Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi altında Azərbaycan Türkiyə İş Adamları Birliyi, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi, Türkiyə Yüzyılı İşbirliyi və Dayanışma Platformu və Trabzon İş Adamları Platformonun birgə əməkdaşlığı ilə “Birlik və Qardaşlıq İftarı” təşkil edilib.
İftar süfrəsində millət vəkilləri, iş adamları, Azərbaycanın din və ictimai xadimləri, Azərbaycanda fəaliyyət göstərən Türkiyə məktəblərinin rəhbər və müəllim kollektivi, şəhid ailələri və qazilər, QHT rəhbərləri, elm adamları, media nümayəndələri və tələbələr iştirak edib.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı qonaqları Ramazan ayı mübasibəti ilə təbrik edib, tutduqları orucun Allah qatında qəbul olunmasını və Azərbaycan-Türkiyə blirliyinin, qardaşlığının daim olmasını diləyib.