Pandemiya dövründə satış həcmini artıran Amazon yaxın günlərdə 100 min personal işə götürəcəyini elan edib.
E-ticarət nəhəngi Amazon yeni növ koronavirus pandemiyası dövründə satış həcminin artması səbəbilə ABŞ və Kanadada 100 min insanı işə qəbul edəcəyini açıqlayıb.
Şirkət açıqlamasında işə qəbul ediləcək namizədlərin qablaşdırma, karqo və sifarişin təşkili kimi sahələrdə çalışacaqlarını bildirib.
Həmçinin vurğulanıb ki, yeni işçilər mövsümi deyil, yarım və tam ştat işləyəcəklər.
İkinci dalğaya hazırlıq
Pandemiya dövründə market alış-verişləri də daxil olmaqla onlayn alış-verişə marağın artması səbəbilə aprel və iyun ayları ərzində şirkətin gəlirləri əsaslı dərəcədə artıb.
Yeni işə başlayanlara 1000 dollar bəxşiş veriləcək
Amazon anbarlarına nəzarət edən Alicia Boler Davis şirkətin yeni işə götürəcəyi şəxslər üçün Amerikanın Detroit, Nyu York, Filadelfiya və Luisvill kimi potensial işçi kütləsinin az olduğu şəhərlərdə 1000 dollar bəxşiş müəyyən etdiyini bildirib.
Xatırladaq ki, şirkət aprel və may ayları ərzində 175 min personal işə götürmüşdü.
Banco