Oxu olmadan müasir insanın həyatını təsəvvür etmək çətindir. Mütəxəssislər hesab edirlər ki, hətta televiziya və radio da bizə ümumi intellektual inkişaf üçün zəruri olan informasiyanı bütünlüklə verməyə qadir deyil.
Statistikaya görə, insan nəyisə oxuduqdan hətta 24 saat sonra yaddaşında qalan informasiya cəmi 20% təşkil edir. Əgər mütaliə metodlarından doğru və tam istifadə etsəniz, bu rəqəm 80%-dək arta bilər.
Bundan əlavə, həmişə çalışmaq lazımdır ki, sizə maraqlı olan və sizi motivasiya edəcək məlumat, məqalə, kitab və s. oxuyasınız. Əks halda, bir müddət sonra siz oxuduqlarınızı heç vaxt tam xatırlaya bilməzsiniz.
Oxumazdan əvvəl yerinizin rahat olması, əhvalınızın yaxşı olması vacibdir. Əgər yorğunsunuzsa, əhvalınız pisdirsə, oxuduqlarınızın yadda qalması sual altındadır və əksər hallarda əlavə vaxt itkisidir.
1. Psixoloqlar tez-tez informasiyanın daha yaxşı yadda qaldığını qeyd edirlər. Bundan başqa, çalışın mətni xətt üzrə ziqzaq şəkilli oxumaqdansa, üstdən aşağı (bir baxışda bir cümlə və ya daha çox) oxuyasınız. Oxuyarkən heç zaman geri qayıtmayın bir söz və ya cümləni bir neçə dəfə oxumaq yolverilməz haldır. Belə edərkən informasiya qəbulu daha da pisləşir.
2. Hər hansı informasiya ən yaxşı səhərlər yadda qalır. Beyin səhərlər və gecə informasiyanı daha yaxşı qəbul edir. Bu vəziyyyət insanların beyninin işləmə prosesinə uyğun olaraq fərqli ola bilər.
3. Heç vaxt bərkdən, səsli tərzdə oxumayın. Bu sizin oxuma sürətinizi azaldır, beyni, həmçinin, sinir sistemini tez yorur. Həmişə səssiz oxumaq lazımdır.
4. Hər bir yazını bitirdikdən sonra oxuduqlarınız haqda qeydlər aparmağı unutmayın. Məsələn, bədii ədəbiyyat oxuyursunuzsa, oradakı bəyəndiyiniz sözləri, şeirləri, aforizmləri və s. qeyd edin. Bu həm sizin söz bazanızı artıracaq, həm də, ən əsası siz bir müddət sonra həmin yazını yadınıza salmaq istədikdə qeydlərə baxmaqla oxuduqlarınızı xatırlaya biləcəksiniz.
5. Çalışın oxuduqlarınızı ailə və ya dostlarınızla müzakirə edəsiniz. Unutmayıın! Siz oxuduqlarınızı kiməsə danışmaq, onlarla fikirlərinizi müzakirə etmklə məlumatları beyninizdə təkrarlamış olursunuz.
6. Hər hansı sənət əsərini oxuduqda, çalışın onu haqqında olan ədəbi-tənqidi fikirləri də oxuyasınız.
BDU Club