Söz vermişdim ki, idarəetmə mövzusunda yazı qələmə alım. Düzdür nəzəri məlumatlarla bəzədilmiş bir mövzunu işləmək daha yaxşı və bir azda plagiatlıq etsəydim (yaraşdırmıram) tez başa gələn olardı. Amma düşünürəm ki, bugünün reallığında hər hansısa standard nəzəri biliklərə əl çatımlıq kifayət qədərdir. Bu nöqteyi nəzərdən mövzumun praktik təcrübəyə əsaslanan həmdə ironik üslubda olmasının daha təsir edici olacağı qənaətinə gəldim. Ümid edirəm bacara bilərəm.
MƏNəcmənt; bugün hamımızın az çox bildiyi menecmentdən yox, bir çoxumuzun yanlış bildiyi MƏNecmentdən danışacağam. Bu düzü öz müşahidələrimə əsaslanan bir mövzunun təqdimatı formasında olacaqdır. Hətta ifadə edim ki, MƏNəcəment sözünü patentləşdirmə fikrini belə düşünməmiş deyiləm.
İş həyatımızda bir çoxumzun ciddi imtahan olunduğu bir məslə ilə bağlı fikrimi paylaşmaq istəyirəm. Bu mövzunun daha aydın izahı üçün iş həyatına başladığımzda əldə etdiklərimiz və itirdiklərimiz deyə iki başlıq açmaq istəyirəm.
Əldə etdiklərimiz: Bir sıra texniki və idarəetmə bacarıqları, yeni qabiliyyətlər, nəaliyyətlər və s… mövzumuz bu olmadığı üçün kifayətlənirəm.
Əldən verdiklərimiz: Gözümüzü bağlayan saxta mühit, monotonlaşma, hissizləşəmə və hətta daha ağır fadə etsək robtlaşma…
Şübhəsiz ki, müsbət olaraq əldə etdiklərimizə sevinməyimiz lazımdır və çalışmalıyıq ki, əldə etdiklərimiz tətbiq edilə bilən bacarıqlar və zamanla dəyərlər toplusuna çevrilsin ki, bu qabiliyyətlər, nəaliyyətlər, bizə daha iti baxma bucağı, daha kəskin analiz qabiliyyəti və nəticədə doğru və ədalətli qərar vermə bəxş edə bilsin. Bunlar olduğu təqdirdə əldə etdiyimiz nəaliyyətlərin faydalı bir səmərə vercəyini düşünmək olar. Əks təqdirə bu nailiyyətlər bizim gözümüzü bağlamaqdan və saxta olaraq ələdə etdiklərimizin ağuşuna atmaqdan başqa fayda verməyəcəkdir. Bu halda biz təcrübəli, eqoist və özündən başaq heçkəsi qəbul etməyən qoca bir kora oxşayacağıq. Bunun müəssisə, şirkət və bizneslər üçün istifadə edilən və bilinən formatı “işletme körlüğü”, ”business blindness” və s kimi ifadə olunur. Məlum bu çox təhlükəli bir haldır, amma biz burda bundan daha da təhlükəli, dağıdıcı, dərin və o qədərdə bilinməyən formatı müazakirə edəcəyik. Hansı ki sadəcə iş həyatına və müəssisəyə yox ümumilikdə insanların bütün həyatlarına təsir edən və daha ağır və hətta bərpa olunması çətin olan nəticələrə doğuran bir sindroma Biznesdə Mənəvi Korluq mövzusuna toxunacağıq.
Bugün bir sıra ölklərdə yeni-yeni işlənməyə başlanılan bu mövzu hələ sadəcə nəzəri bir mövzu olaraq Moral Blindness in Business adı altında araşdırılır. Fikrimcə adın özü belə tam olaraq bir çox şeyi ifadə etməyə kifayət edir və göründüyü kimi məfhumun birbaşa insanla bağlı olması bu mövzunun nə dərcədə ciddi olduğunu ifadə edir və bu müzakirə doğurmayan məsələdir. Bəs həqiqətən belə bir problem varmı? Varsa necə təzahür edir?! Niyə məhz son dövürlərdə öyrənilməsi və araşdırılması daha çox ehtiyac duyulan mövzu olacaq?! Qeyd edim ki, ad olaraq mütəxəssislər arasında bilinməsinə baxmayaraq hələdə cüzi tədqiqatlar istisna olmaqla bu mövzu ətrafında ciddi bir tədqiqat aparılmır və həqiqi mənada ciddi bir problem olaraq qəbul edilmir. Fikrimcə səbəb bu mövzunu dərindən araşdırma imkanına sahib olan kimsələrin əksəriyyətinin bu korluqdan nəsiblərini almış olmaları və eyni zamanda bunun fərqində olmamalarıdır. Bu kimi səbəblərin təsirindən bu haqda effektiv çalışamları və buna dair nəticələri yəqinki bir müddət görə bilməyəcəyik. Yəqin daha da ağırlaşana qədər…Çünki bunu görməyimiz üçün korluqdan əzab çəkdiyimizin fərqində olmalıyıq. Amma bu elə bir mühitdir ki, bunu qarışqaların şirə ətrafına toplanması sonra həmin şirənin içində boğulması ilə eyniləşdirmək olar. Biz bu təhlükəni ya hiss etmirik və ya hiss etdiyimiz anda artıq çox gec olur və müdaxilə imkanımız mümkün olmur.
İş həyatındakı nisbi sabitlik bizim süstləşməyimizə, rahatımızı pozmamaq kimi fiziki tənbəlliklərə səbəb olmaqla yanaşı, ətrafımızdakı insanları doğru və düzgün anlamaqda çətinlik yaradacaq mənəvi tənbəlliyə də (eqoizm) səbəb ola bilir ki, elə əsas problem və mövzumuzun özəyi elə budur. Bu mənəvi korluq sindromuna tutulanda verdiyimiz qərarlardan tutmuş, bir çox prosesin tənzimlənməsi, problemlərə yanaşmamız beyin qıvrımlarımızdan daha çox təəssüf ki qazandığımız “xəstə təcrübənin” məhsulu olur. Təəssüf ki, bu qərarların ədalətlilik, elmə əsaslanması və effektivlik faizinin hansı səviyyədə olacağını qeyd etməyə ehtiyac yoxdur. Çünki bəllidir və təsəvvür edilə biləndir. Analizlərimiz, qəbul edəcəyimiz qərarlarımız, verəcəyimiz əmr, göstəriş və s… kimi hər bir addımımız minimum ağıl, vicdan, müsbət dəyərlər və yaxşı təcrübənin yekun cəminin əksi olaraq təzahür etməlidir. Amma təəssüf ki, bu qərarlar formalaşmış ənənəvi bir MƏNecment (Mənəvi korluq) vərdişinə əsaslanırsa, ki belədə olur. Bu heçdə xoş qarşılanacaq və müsbət təcrübə olaraq ötürüləcək dəyərli bir xəzinə kimi qəbul olunmamalıdır. Təəssüf ki bu belə qəbul olunur. Son dövürlərdə bu mövzunun görünən fəsadlarına qarşı müəyyən addımlarda atılır. Məs: Qərarverici, analiz aparma və s kimi qabiliyyətlər tələb olunan mütəxəssislərdən İQ (İntelligence Quotient) ilə yanaşı EQ (Emotional Quotinent)nun tələb olunmasını bu sindroma qarşı atılan addımların ayaq səsləri mahiyyətində qiymətləndirmək olar….
Ardı var…
Müəllif: Samir Həmzəyev