“Şuşanın Azərbaycan tarixində böyük yeri var”.
Bunu dövlət başçısı İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərkən deyib.
Prezident Şuşanın azad edildiyini elan etdikdən sonra şəhər haqda danışıb:
“Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub- yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir.
Biz indi Şuşaya qayıtmışıq, bütün tarixi abidələri, məscidləri bərpa edəcəyik. 28 ildən sonra Şuşada azan səsi eşidiləcək.
Şuşada Azərbaycan bayrağı dalğalanır!”