“Azneft meydanına qədər hər kəs paradı izləyə biləcək”.
Bunu bugünki Zəfər paradının ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani müsahibəsi zamanı bildirib.
O qeyd edib ki, rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri meydanın mərkəzindəki sektorlarda olacaqlar:
“Bu baxımdan hər cəhətdən ehtiyatlı olmaq lazımdır. Biz erməni kimi virusa qalib gəlmişiksə, koronavirusa da birlikdə qalib gələcəyik. Amma “Azneft” meydanına qədər hər kəs paradı izləyə biləcək. Doğrudur, bu sevinci hamı yaşamaq istəyir, amma yaxşı olar ki, pandemiya ilə əlaqədar vətəndaşlarımız paradı televiziyadan izləsinlər. Bu gün çox möhtəşəm gün olacaq”
modern.az