ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) Amazon, Facebook, Twitter və digər şirkətlər üçün yeni qərar qəbul edib. Yeni qərara əsasən şirkətlər istifadəçi məlumatlarının yığılması üsulları ilə emalı barəsində hesabatı təqdim etməli olacaqlar. Bu barədə Vc.ru saytı xəbər verib. Bu məsələ üzrə Amazon, ByteDance, Discord, Facebook, Reddit, Snap, Twitter, Whatsapp və Youtube ABŞ hökumətinə hesabat verməli olacaqlar. Adları sadalanmış şirkət və servislərin bunun üçün 45 gün vaxtları olacaq. FTC-nı maraqlandıran daha bir neçə məsələ var:
– Bu şirkətlər istifadəçilərə hansı reklamların göstərilməsini necə təyin edir?
Bənzər xəbər
MIUI 12 istifadəçi interfeysinin təqdimat tarixi elan edildi
– İstifadəçilərin bu və ya digər reklam elanına maraları necə ölçülür?
– Şirkətlərin istifadə etdikləri üsullar uşaqlar ilə yeniyetmələrə təsir göstərirmi?
Bəyanata əsasən komissiya istifadəçilərin nə görüb-nə eşitdiklərinə, kimlə danışdıqlarına və hansı məlumatı paylaşdıqlarına bu şirkətlərin nə dərəcədə təsir etdiklərini anlamaq istəyir. Discord bildirib ki, messencer öz istifadəçilərinə reklam göstərmir. Buna görə də o, reklam və ya istifadəçi məlumatlarının satılması üzərindən qazanc əldə etmir. Twitter isə öz növbəsində komissiya ilə əməkdaşlığa hazır olduğunu bildirib. Digər şirkətlər bu məsələ ilə bağlı bir fikir bildirməyiblər.