1951-ci ildə başlayan Avropa İttifaqına formalaşma prosesində enerji məsələsi mühüm yer tutur. Fransa və Almaniyanın illərdir uğrunda mübarizə apardıqları və 20-ci əsrdə sənaye istehsalı kontekstində əvəzolunmaz enerji qaynağı olan kömür-polad probleminin sona çatdıran Avropa Kömür və Polad Birliyi müqaviləsi , Birliyin yaradılması üçün atılan ilk konkret addım oldu. Bu tarixdən sonra enerji sahəsi gündəmin ən alt sıralarında olduğu halda 1970-ci illərdəki neft böhranı enerji məsələsini yenidən əsas gündəm maddəsi etdii. 2000-ci illərə qədər Avropa ölkələrinin artan enerji ehtiyacı idxalın artmasını da bərabərində gətirdi. Enerji idxalı və asılılığı dedikdə, dünyada ilk ağla gələn qitənin Avropa olması məsələnin önəmini göstərir
2000-ci illərdən sonra təbii qaza olan ehtiyacın xüsusilə enerji mənbəyi baxımından Avropa ölkələrinə dərin təsiri Avropa Birliyi üçün enerji sahəsində problemləri daha da sürətləndirdi. Enerji istehsalı və istehlakı nöqtəsində istehlak lehinə artan tendensiya, idxal-ixrac balansının idxalın xeyrinə sürətlə artması və təbii qaz üçün ən yaxın enerji təchizatçısı kimi Avropa üçün ‘tarixi düşmən’ adlandıra biləcəyimiz Rusiya olması mövcud problemin iç üzünü göstərir.
Xüsusilə, 2019-cu ildə Avropanın enerji idxalının 60%-i keçməsi bu baxımdan araşdırılması lazım olan problemdir (Eurostat, 2019). Üstəlik, enerji idxalı kontekstində təbii qazın tədarük sürətinin tədricən artması Avropa İttifaqında siyasi “enerji mühasirəsi” prosesini başlatdı. Bu mühasirə prosesinin əsas faktoru, şübhəsiz ki, Rusiyadır.
Tarixən Avropanın şərqində yuxarıda qeyd olunan “enerji mühasirəsi” anlayışının ilk xarakterik xüsusiyyəti, İkinci Dünya Müharibəsindən bəri Avropa “əsas təhdid sayılan ölkə” mövqeyində olan Rusiyanın son illərdə Avropanın təbii qaza olan ehtiyacı baxımından geosiyasi baxımdan məqbul bir yerdə olmasıdır. Mühasirənin ikinci xüsusiyyəti enerji idxalında təchizat müxtəlifliyinin inhisarlaşdırılmasıdır.
Enerji idxalı baxımından Rusiyanın Avropaya təsirinin artması Aİ-nin enerji sahəsində Rusiyadan asılılığını artırır.
Ona görə də demək olar ki, Rusiyanın bu fəaliyyəti Avropa üçün enerji idxalında Rusiya mərkəzli bir prosesi ortaya qoyur. Mühasirənin üçüncü xüsusiyyəti qeyri-Avropalı aktyor olan ABŞ-da formalaşır. Müvafiq olaraq, ABŞ-ın strateji məhdudlaşdırma siyasətinin tərkib hissəsi olan Avropada Rusiyanın təsirinin artması təkcə enerji siyasəti sahəsində deyil, həm də beynəlxalq siyasət kontekstində mühüm əhəmiyyət kəsb edir. ABŞ -ın Rusyanı mədudlaşdırma siyasətinin önündə əsas problem kimi duran enerji məsəsini qısa zamanda həll etməsi də məqbul görünmür. Bununla bərabər ABŞ-ın “Şimal axını 2”də “Aİ-Rusiya münasibəti” xaricində iştirak etməsi bu iddianı sübut edir.
“Enerji Mühasirəsi” kimi təsvir etdiyimiz bu prosesin xüsusi sütunu, şübhəsiz ki, “Şimal axını 2”dir. “Şimal axını 2” layihəsi əvvəllər Almaniya və Rusiya arasında təbii qaz ticarəti marşrutunu təşkil edən “Şimal axını 1” (2011) kimi 2015-ci ildə həyata keçirilib. “Şimal axını 1” ilə eyni marşrutdan istifadə edən bu yeni qaz kəməri Baltik dənizindən çıxaraq Rusiyadan Almaniyaya qədər uzanır.
Layihənin marşrutunun uzunluğu təqribən 1200 kilometr, Şimal axını 1 ilə eynidir. 55 milyard kubmetr həcmində, ekvivalenti olan “Şimal axını 1” ilə ümumi tutumu 110 milyard kubmetrdir. Beş böyük enerji şirkəti (ENGIE, OMV, Royal Dutch Shell, Uniper və Wintershall) layihənin 50%-ni maliyyələşdirmiş və Nord Stream 2 AG icraçısı olmuşdur. Kəmərin çəkilişinə 2018-ci ildə başlanılıb və layihənin tikintisi 2021-ci ilin sentyabrında başa çatıb.
Göründüyü kimi, nəhəng layihə statusuna malik olan “Şimal axını 2” gündəmə gəldiyi ilk andan həm Aİ-nin, həm də ABŞ-ın diqqətini çəkib. Aİ səlahiyyətliləri layihənin Birliyin enerji qanunlarına uyğun gəlmədiyini əsas gətirərək ümumiyyətlə şifahi şəkildə qarşı çıxsalar da, ABŞ tərəfi məsələni həyata keçirərək sanksiya metodunu tətbiq etmişdir.
Xüsusilə Tramp hökumətinin Rusiyaya və layihədə iştirak edən şirkətlərə qarşı tətbiq etdiyi sanksiyalar layihənin dayandırılması ehtimalını gündəmə gətirsə də, Baydenin hakimiyyətə gəlməsi ilə sanksiyalar aradan qaldırılıb və onun layihəyə baxışı bəzi səbəblərə görə yumşaldılıb. Burada Avropa üçün əəsas mövzusu Avropa enerji bazarında Rusiyanın təsirinin məhdudlaşdırılmasıdır.Ancaq bütün bunlarla yanaşı bu məhdudlaşdırma hələki tam mümkün görükmür.Şimal axını 2 layihəsində müvafiq olaraq, Almaniya Rusiyanın gələcəkdə enerji fəaliyyətlərini artırması təhlükəsinə qarşı hər cür sanksiya tətbiq etməyi öhdəsinə götürərək layihənin davam etdirilməsi istiqamətində addımlar atmağa davam etmişdir.
Aİ-nin layihəyə cavabı isə daha əvvəl qeyd edildiyi kimi, iki arqumentə əsaslanır. Birincisi, enerji idxalının artması baxımından Rusiyadan asılılığın artması məsələsidir. Avropa ölkələrinin uzunmüddətli perspektivdə enerji sahəsində Rusiyanın monopoliyasına məhkum ediləcəyi ilə bağlı narahatlıq Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Xosep Borrelin rəhbərliyi altında bir neçə dəfə bəyan edilmişdir. Bundan əlavə, layihənin Baltikyanı ölkələr Latviya, Litva və Estoniya, eləcə də Polşa və Aİ üzvü olmayan Ukrayna tərəfindən ‘geosiyasi rus silahı’ olaraq görülməsi mümkün Rusya təhdidinin önəmini göstərmişdir. Buna uyğun olaraq, bu ölkələr Rusiyanın uzunmüddətli perspektivdə enerji sektoru vasitəsilə regionda geosiyasi gücünü artıraraq təhlükə yaradacağı tezisini daim gündəmə gətirirlər.
Almaniyanın əsas aktor olması səbəbindən Almaniyanın enerji bazarının perspektivi və daxili qanunvericiliyi də cari problemin anlaşılması üçün vacibdir. Əslində, Almaniya Enerji Bazarları Təşkilatının dekabr ayında layihəni daxili qanunlara uyğun gəlmədiyi səbəbi ilə müvəqqəti olaraq dayandırması layihədəki maneələrdən biri kimi ortaya çıxdı. Qaz tədarükünün normal olaraq 2019-cu ildə başlanması gözlənildiyi halda, yuxarıda qeyd olunan sanksiyalar və maneələr səbəbindən təbii qaz ticarəti 2021-ci ilə təxirə salınmişdir.
Rusiyanın inhisarçılıqdan aldığı sərbəstliklə Avropada səmərəliliyini artırması və təbii qaz təchizatı nöqtəsində qiymətləri artırması və beləliklə də onun əldə edilə bilməsini məhdudlaşdırması Aİ üçün enerji təchizatı təhlükəsizliyinin təhlükə altında olduğunu göstərir. Digər tərəfdən, enerji təchizatının müxtəlifliyi kontekstində Rusiyadan artan asılılıq inhisarlaşmanın miqyasını ortaya qoymaqdadır.
Bu vəziyyət Aİ-nin yaradılması ilə dövlətlərüstü təşkilata çevrilmək məqsədini sarsıdan problem kimi ortaya çıxmışdır. Bununla belə, Lissabon Müqaviləsi ilə birlikdə üzv dövlətlərə Birlik tərəfindən verilmiş enerji siyasətini tənzimləmək azadlığı haqqında maddə (maddə 194) üzv dövlətlərin öz enerji siyasətlərini aşağıdakı kimi tərtib etmək və həyata keçirmək imkanı əldə etmək üçün hüquqi əsas olmuşdur. Bu kontekstdə AB-nin Rusiya-ABŞ məngənəsində və üzv ölkəsi Almaniyanın israrına qarşı çətinlik çəkdiyini söyləmək yanlış olmaz.