Başlanğıcda niyətlər yaxşıydı.Özümüzü azad edəcək qədər güclü, fərqli düşünməyimizə yardım edəcək qədər ağıllı, təsirli çalışan vasitələrə sahib olmuşduq.Sevdiklərimizi yaxınımızda tutmağımızı saxlayan texnologiyaya sahib olmuşduq.Bəli həqiqətən işə yaradı, gözlərimizi açdı, oyunu dəyişdirdi, bütün bu möhtəşəm kəşflər günlük həyatımızın bir parçası oldular.Biz bu texnologiyanı çox sevdik,ac şəhvətli tək olduğumuz zamanlarda ya da canımız sıxıldığımızda bu kəşflər ehtiyacımızı qarşıladı,və beləcə qopduq, bunu hər kəs hiss etdi. Amma kimsə buna qarşı çıxmadı.Dünyanın bir ucuyla görüşüb ulduzlararası xəbərləşə bilirik.Ancaq yemək süfrəsində yaxınlarımznan birlikdə olanda yan yana ikən bir birimizdən qopduq.Danışıb hal xətir soruşmağın yerinə qısa mesajlar yerini aldı .Sosial şəbəkələrdə bütün köhnə və yeni dostlarımızı tapdıq anca aldığı oyun dəvətlərinin onda biri qədər ,çay dəvəti alabilən var? Texnologiya bizə xidmət edən bir maşın ikən biz onun maşını olduq.
Te tez raslaşdığım belə bir söz var.İnsanları silahla məhv etməkdənsə şüurlarını məhv edirlər.Nə ilə? Sosial şəbəkələr vasitəsilə.
Gəlin buna bir örnək verək. Yarım milyard insan tərəfindən istifadə edilən Çin tərəfindən yaradılan və Çinli uşaqlara qadağan olunan platforma.Tiktok.Pekin unversitetinin alimləri sübut edib ki tiktok insanların beyin hüceyrələri arasında rabitəsizlik formalaşdırır,saniyələr içində fərqli emosiylar yaşadan videolar; Beyin bir emosiyanı filtr etmədən digərini qəbul etmədən digərini qəbul edir, və sağ yarımkürə iflic olur.Təsəvvür eliyirsiz adi insan bir neçə dəqiqələr içində yüzlərlə fərqli hisslər yaşayır.Stanford universitetin alimləri öz araşdırmalarında bildirib ki tiktokdan istifadə infantilizmə səbəb olur.İnfantilizm şəxsiyyətin yetişməməsi, böyüklərdə uşağa xas olan xarakter davranış kimi hərəktlərin baş verməsi deməkdir.Həmçinin tiktokdan gün ərzində 40 dəqiqədən çox istifadə kəskin kortizol hormonun ifrazına səbəb olur.günümüzdə artıq uşaqdan böyüyə demək olar ki sosial şəbəkələrdən istifadə edir.Dövrümüzdə daha çox uşaqlara rast gəlinən klip sindromu deyilən bir psixoloji xəstəlik vardır.bu sindrom nədir?
Daha çox 1-5 yaş arası uşaqlarda rast gəlinən bu sindrom valideynlərin uşaqlarının məşğuliyyəti üçün tv-nin başına oturdub və ya telefonu verib klip və reklamları izləməyə buraxmaları sonunda uşaqlarda görülən və autizmə qədər çatan bir psixilojik pozulma meydana gələn bir xəstəlikdir.
Amerika alimləri oz araşdırmalarında sübut etmişdilər ki, insanların 15 dəqiqədə bir telefonlarını yoxladıqlarını, və işin daha bir qorxunc tərəfi bu telefona baxan insanların yarısı hər hansı bir mesaj almadan edirmiş.Bəli dəyərli oxuyucular araşdırmalar nəticəsində aydın olur ki internet asıllığı bu kimi zərərlərə gətirib çıxarır.
Artıq insanlıq deyil texnologiya irəliləyir.Sadəcə texnologiya sayəsində özümüzü ifadə etməyimizin asanlaşması bu yaxşı etdiyimiz anlamına gəlmir texnologiya yox ikən hər şey daha səmimi,daha məsum daha saf, təmiz idi hər şey .Amma bu alət bizi çox dəyişdirdi. Davranışımızı əxlaqımızı insanlarla münasibətimizi və ən əsası bizi bir birimizdən uzaqlaşdırdı. İnsanlıq azalır, ama kimsə bunun fərqində deyil, və önəmsəmir. Mədəniyyətimiz bizim üçün çox önəmli və mədəniyyətimizi yaşadan insanlar get-gedə azalır.Bəs bugün texnologiyadan istifadə etmiyək? Xeyr sadəcə bunu bilməliyik ki onnan istifədə edən biz olaq o bizdən istifadə edən yox.Gəlin bu texnologiyaya məğlub olmayaq. Çalışaq ki dostlarımızla sevdiklərimizlə vaxt keçirək.bir birimiznən ünsiyət quraq.müasir dövrdəki ünsiyətsizlik prolemini ancaq bu yolla həll edə bilərik.
Yaşamaq.Həyatı anlamaq anı yaşamaq . Sosial şəbəkələrdə yox real həyatda, cəmiyyət içərisində yaşamaq. Bu gün yox deyib təxirə salırsınızsa təhlükənin fərqindəsiz.oyunlar səbəbiylə üç canımız varmışcasına Rahatlıqdayık.Amma üç canımız deyil tək canımız var. Bu anda onu yaşıyırııq.
Başqa bir dünya mümkün həm də bu gün. Boş zaman yoxdur,boşa keçən zaman var.Çalışaq zamanımızı sosial şəbəkələrlə yox, seviklərimizlə yaxınlarımızla faydalı işlərlə dolduraq.sevdiklərinizə zaman ayırın,yoxsa zaman sizi sevdiklərinizdən ayırar.