İnkişaf etmiş ölkələr və böyük şirkətlər bütün nəqliyyat növünün elektrikləşdirilməsinin tərəfindədirlər. Yüngül avtomobillərdən tutmuş elektromühərriklərə sahib olacaq böyük təyyarələrə kimi. Lakin belə optimistik mövqeni heç də hamı dəstəkləmir. Microsoft şirkətinin yaradıcısı Bill Gates-in fikrincə elektrikləşdirilmiş yüngül avtomobillərin gələcəkləri var. Lakin elektrikləşdirilmiş yük nəqliyyatı ilə təyyarələr elə konsepsiya mərhələsində qalacaqlar. Bu barədə Hightech.plus saytı xəbər verib. “Əgər biz hətta bərpa olunan enerji vasitəsilə çalışan və uzun yol qətt etməyi bacaran ucuz elektomobillər yaratsaq da bir çox nəqliyyat növü elektrikləşdirilməyə uyğun olmayacaq” – deyə Bill Gates öz bloqunda qeyd edib.
O düşünür ki, böyük və ağır batareyalar yük maşınları, yük gəmiləri və sərnişin təyyarələri üçün uyğun deyil. Böyük çəki böyük batareyanın və ya bir neçə batareyadan ibarət blokların quraşdırılması deməkdir. Bu məsələnin məntiqi problemi ondan ibarətdir ki, istehsalçılar onsuz da çəkisi ağır olan nəqliyyat növlərini batareyalar vasitəsilə daha da ağırlaşdırmağa məcbur qalırlar. Gates qeyd edib ki, bu problemi hətta batareyalar sahəsindəki inqilabi həll yolları da aradan qaldıra bilməyəcəklər.