Bir neçə dəqiqə ərzində təyyarəyə çevrilən avtomobil Avropa təhlükəsizlik testlərindən keçib və artıq uçmağa hazırdır.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) standartlarına uyğun olaraq həyata keçirilən 70 saatlıq sınaqda 200-dən çox uçuş və eniş həyata keçirən AirCar, Slovakiya Nəqliyyat Administrasiyasından uçuş icazəsi alıb.
Uçan maşın inkişaf qrupunun lideri KleinVision indi 12 ay ərzində AirCar-ın istehsal modelini işə salmağa ümid edir.
Qrupunun lideri, sınaq pilotu və məhsul ixtiraçısı Stefan Klein müsahibəsində: “AirCar lisenziyası çox səmərəli uçan avtomobillərin kütləvi istehsalına qapı açır” deyə bildirmişdir. O həmçinin bildirmişdir ki “Bu, orta məsafəli səyahətləri əbədi olaraq dəyişdirmək qabiliyyətimizin rəsmi və yekun təsdiqidir” .
Layihənin həmtəsisçisi Anton Zajac isə bunları əlavə etmişdir:
AirCar bizi yolun göylə qovuşduğu növbəti ölçüyə apararaq bu sərhədləri genişləndirir.
Şirkət bildirir ki, ekspertlər dizayn çertyojlarını 1,6 litrlik BMW mühərrikli iki oturacaqlı avtomobilin son sınaq avtomobilinə çevirmək üçün 100 000- saatdan çox vaxt sərf ediblər. Boeing-in baş texniki üzvü Dr. Branko Sarh, “Yol avtomobilinin avtomatik olaraq təyyarəyə çevrilməsi, qanadların və quyruğun açılması və yenidən bağlanması təkcə öncül şövqün, təşəbbüskar ruhun və cəsarətin nəticəsi deyil.
Bu, həm də qüsursuz mühəndislik və peşəkar biliklərin nəticəsidir”
AirCar lisenziyası avtomobilin Slovakiyada ilk uğurlu şəhərlərarası sınaq uçuşundan 6 ay sonra gəldi.
Slovakiya Nəqliyyat Administrasiyasının Mülki Aviasiya Departamentinin direktoru René Molnár, “Nəqliyyat İdarəsi 2017-ci ildə başladığından bəri unikal AirCar-ın inkişafının bütün mərhələlərini diqqətlə izləmişdir. Nəqliyyat təhlükəsizliyi bizim əsas prioritetimizdir” deyə bildirmişdir.