Britain (United Kingdom) (Br) və exit sözünün ilk iki hərfinin birləşməsindən ibarət olan Brexit Böyük Britaniyanın Avropa İttifaqından çıxması deməkdir.
Avropa Birliyindən ayrılmaq istəməyənlər isə Britaniya və İngilis dillərində qalmaq mənasına gələn Remain sözlərini birləşdirərək Bremain ifadəsini işlədir.
Brexit-in sözünün mənşəyi?
Daha əvvəl Yunanıstan üçün də istifadə edilən Grexit (Yunanıstan-exit) Yunanıstanın Avrozonadan çıxmaq istəyini ümumiləşdirən bir tərif olaraq ortaya çıxdı.
Grexit termini 2012-ci ildə Citigroup-un baş iqtisadçısı Willem H. Buiter və eyni qrupda çalışan Ebrahim Rahbari tərəfindən irəli sürülüb.
Bu termini İngiltərənin Avropa Birliyindən çıxması üçün gedən danışıqlar zamanı siyasətçilər və qeyri-hökumət təşkilatları Grexit’ terminini Brexit-ə çevirlməsinə səbəb oldular.
Böyük Britaniyanın Avropa İttifaqından çıxması qısaca Brexit olaraq təyin olunur. İngiltərə 23 iyun 2016-cı ildə keçirilən referendumla Aİ-dən çıxmaq qərarına gəlmişdi.
Bu məsələ ilə bağlı ilk referendum 1975-ci ildə keçirilmiş, seçicilərin 67 faizi üzvlüyün davam etdirilməsinə səs vermişdi. 2016-cı ildə yenidən referendum keçirildi və seçicilərin 52 faizi Avropa İttifaqından çıxmağa səs verdi. Brexit referendumundan sonra Böyük Britaniyanın baş naziri Devid Kemeron istefa verdi.
Daha sonra baş nazir olan Tereza Meyin əldə etdiyi Brexit razılaşması Britaniya parlamentindəki səsvermədə rədd edildi.
2016-cı il Avropa İttifaqı (Aİ) üçün xüsusilə Brexit müzakirələri səbəbindən gərgin oldu. Böyük Britaniyanın o zamankı baş naziri Devid Kemeron fevral ayında keçirilən Aİ Liderlər Zirvə toplantısında Aİ-də qalmaq üçün lazımi razılığa gəldiyini və referendumda bu istiqamətdə kampaniya aparacağını bildirmiş və çıxmağa səs vermişdi. İttifaqın ən güclü ölkəsi olan Almaniya Brexit qərarını “dərin yara” kimi qiymətləndirib. İlk dəfə olaraq bir üzv İttifaqı tərk etmək qərarına gəldikdə, Aİ-nin gələcəyi sual altına alınmağa başladı.
Bretixin Böyük Britaniya üçün xeyir və zərərləri geniş müzkirə mövzusu olaraq qalır.Ancaq 2022-ci il üçün daha bir problem bəlli olub.
Gələn ilin sonundan Böyük Britaniya vətəndaşlarına maksimum 90 gün qalmaq icazəsi veriləcək, bunun üzərinə onlar Şengen zonası ölkələrinə getməzdən əvvəl səyahət icazəsi almalı və 7 avro ödəməlidirlər.
Aİ vətəndaşları isə sərhəddə pasport nəzarətindən keçmədən Şengen zonası ölkələrində sərbəst səyahət edə bilərlər