Xəbər verdiyimiz kimi, bu gün “Muğan Bank” ASC ləğv edilib.
“LightUp”ın məlumatına görə, buna səbəb kimi bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğu, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmadığı göstərilib.
Xatırladaq ki, bir neçə ay əvvəl “Günay Bank” da eyni səbəbdən bağlanmışdı.
“Günay Bank”ın ləğvindən bir müddət sonra, daha dəqiq desək iyul ayında Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov jurnalistlərə açıqlamasında ölkədə ciddi problemi olan bankın olmadığını bildirmişdi: “Azərbaycanda hər hansı bankın bağlanacağını deyən ekspertlər fakt göstərməli, iddialarını əsaslandırmalıdır. Mən fərziyələri şərh etmirəm. Hazırda ölkədə ciddi problemi olan bank yoxdur”.