Daşkəsəndə seçkilərlə əlaqədar təbliğat və təşviqat kampaniyası üçün məkanların yeri məlum olub
100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsinin Daşkəsən rayonu ərazisində növbədənkənar Prezident seçkilərində təbliğat və təşviqat kampaniyası üçün müəyyən edilmiş açıq və qapalı yerlərin sayı məlum olub. "Report"un Qərb bürosunun məlumatına görə, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq vətəndaşların, siyasi partiyaların, siyasi partiyalar bloklarının, seçicilərin təşəbbüs qruplarının müraciətləri əsasında açıq və qapalı şəraitdə kütləvi tədbirlərin keçirilməsi...