Gündəlik

Azərbaycanla Türkiyə arasında yeni qaz kəməri çəkilir

Azərbaycanla Türkiyə arasında yeni memorandum imzalanacaq. Bu məqsədlə bu gün hər iki ölkənin energetika naziri bir araya gələcək. Nazirlər Naxçıvanın fasiləsiz təbii qazla təmin olunması üçün anlaşma memorandumu imzalayacaqlar. Qarabağ işğaldan azad edildikdən sonra Naxçıvanın təbii qaz ehtiyacı Iğdır-Naxçıvan təbii qaz kəməri vasitəsilə təmin ediləcək. Layihənin icrası BOTAŞ və SOCAR-a həvalə olunacaq.

Read more

Səhiyyə nazirinin müavini: “Vaksinasiya pulsuz həyata keçiriləcək”

“Hazırda ölkədə vaksinasiya strateigyası hazırdır, bugünlərdə hökumət tərəfindən qəbul olunmalıdır”. Bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib. “Bizim ölkədə koronavirusa qarşı vaksinasiya pulsuz həyata keçiriləcək və artıq risk qrupları müəyyənləşib. İlk növbədə onların vaksinasiyası həyata keçiriləcək”, o bildirib.

Read more

“YAŞAT” Fonduna ianə edən şirkətlər – SİYAHI (Yenilənir)

Xatırladaq ki, dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. Banker.az-ın verdiyi məlumata əsasən, “YAŞAT” Fonduna yardım edən şirkətlərin sayı durmadan artmaqdadır. 15 dekabr tarixi saat 11:50-ə olan məlumata görə, fonda hüquqi şəxslər tərəfindən 2 130 000 manat məbləğində vəsait köçürülmə...

Read more

Düşməndən ələ keçirilmiş hərbi qənimətlər Zəfər paradında – Fotolar

Məlum olduğu kimi, bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunub. Bundan başqa, paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının,...

Read more

Bakının hansı hissələrində paradı canlı izləmək mümkün olacaq? – AÇIQLAMA

“Azneft meydanına qədər hər kəs paradı izləyə biləcək”. Bunu bugünki Zəfər paradının ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani müsahibəsi zamanı bildirib. O qeyd edib ki, rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri meydanın mərkəzindəki sektorlarda olacaqlar:  “Bu baxımdan hər cəhətdən ehtiyatlı olmaq lazımdır. Biz erməni kimi virusa qalib gəlmişiksə, koronavirusa da birlikdə qalib gələcəyik. Amma “Azneft”...

Read more

Döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondu yaradıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərmişlər. Xalqımızın bir sıra igid övladları...

Read more

Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanat yayıb. Azərbaycan Banklar Assosiasiyasından verilən bəyanatda deyilir: “Son dövrlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer almaqdadır. Azərbaycan Banklar Assosiasiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırıqları və Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə...

Read more

Qaydalar sərtləşdirilə bilər – TƏBİB-dən xəbərdarlıq

Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçınılmaz edəcək. Bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasında görə, sərt təbirlərə, məhdiyyətlərə gedirlər: “Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddir. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da...

Read more
Page 12 of 18 1 11 12 13 18

Facebook