Gündəlik

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək olan şirkətlər:

Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq 5 gündür ki, davam edir. Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət...

Read more

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55...

Read more

Arxa cəbhə könüllülərimiz

     İyul döyüşlərindən etibarən ümumilikdə cəbhəyə 100-dən çox təkərlə dolu tır göndərən Elnur Əliyev bu gün orduya dəstək aksiyası təşkil edərək, yığılan məbləğ hesabına növbəti tırları cəbhəyə göndərdi. Göndərilən yardımlar arasında əsas siqaret, corab, su, nəm salfet, bint və s. üstünlük təşkil edir. Könüllü yardımların edilməsində Facebook sosial şəbəkəsində pandemiya dövründə də yardımları ilə seçilən Evdar Kişilər Klubunun...

Read more

Baş Prokurorluq ölən və yaralanan mülki vətəndaşların sayını açıqladı

"Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 12 nəfər şəxs isə həlak olmuşdur. Təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 66 yaşayış evi, 8 mülki obyekt yararsız vəziyyətə düşmüş, çoxsaylı...

Read more

Bu ərazilər azad edildi

İşğal altında olan vacib yüksəkliklər azad edilib.  Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.  Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qərədiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Anar Rzayev bildirib ki, bundan əlavə Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra...

Read more

MN rəsmisi cəbhədəki vəziyyətdən danışdı

"Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki...

Read more

Cəbhə Xəbərləri

21 sentyabr Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.  38 yaşlı E. Məmmədov Tovuzun Qaziqulu kəndindəndir. Evlidir, 3 oğlu var. Şəhid hərbi qulluqçumuz Qaziqulu kəndində torpağa tapşırılıb. https://youtu.be/PV7O3e9Kt1M Baş Prokurorluq Ermənistan təxribatı ilə bağlı məlumat yayıb. Ermənistan yeni təxribat planları...

Read more

Pensiyaların hesablanmasında yenilik-qanun dəyişir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində''əmək pensiyaları haqqında qanuna dəyişiklik'' layihəsi hazırlanıb Pensiya sistemi təkmilləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya qanunvericiliyində bir sıra dəyişiklikləri nəzərdə tutan layihə hazırlayıb. Layihəpensiyaçıların hüquqlarının artırılmasına, güzəştli pensiya...

Read more

Azərbaycanda gediş haqları mobil telefonla necə ödəniləcək?

Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada nağdsız ödənişlərlə bağlı ən son yeniliklərin tətbiq olunduğu pilot layihəyə başlanılıb. Şamaxı şəhərində fəaliyyət göstərən avtobuslara təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb. Geniş imkanlara malik sistem...

Read more

Həkimlərə daha 20 milyon manat ödəniş edildi

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 avqust 2020-ci il tarixli 301 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 12756 nəfər tibb işçisinə, 3049 nəfər qeyri-tibb işçisinə iyul ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. Belə ki, Bakı...

Read more
Page 17 of 18 1 16 17 18

Facebook