“Özəl şirkətlər də ölkəyə koronavirus vaksini gətirsin”
Azərbaycanda vaksinasiya zamanı alternativ yollardan da istifadə etməliyik. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat bildirib ki, dövlətin gətirəcəyi və əhaliyə pulsuz təqdim edəcəyi vaksinlərlə yanaşı, özəl şirkətlərə də şərait yaratmalıyıq ki, onlar da başqa şirkətlərin, dərman istehsalçılarının vaksinlərini ölkəyə gətirə bilsinlər və vətəndaşlarımızın vaksin seçimi də olsun: "Əgər kimsə dövlət tərəfindən...