Sidney Texnologiya Universitetinin alimləri görmə məhdudiyyətli insanların “görməsinə” kömək etmək üçün vizual məlumatları “akustik toxunuş” adlanan fərqli səs simvollarına çevirən yeni nəsil ağıllı eynək hazırlayıblar.
Tədqiqatçılar yarasaların obyektin ölçüsü və məsafəsi haqqında məlumat verən "exolocation" üsulundan ilhamlanaraq "Foveated Audio Device (FAD)" adlandırdıqları ağıllı eynəkləri təqdim etməyi hədəflədiklərini bildirirlər.Eynəklər 14 nəfər üzərində sınaqdan keçirilib. Onlardan 7-si görmə qüsurlu, 7-si isə gözləri bağlı iştirakçılar idi. Eksperiment çərçivəsində iştirakçılar FAD-dan masanın üzərindəki obyektləri skan etmək və səsləndirmək məqsədilə istifadə etdilər. Eksperimentdə kasa, kitab, fincan və butulka...