“Bir millət olaraq Azərbaycanın hüquqlarını müdafiə etmək boynumuzun borcudur”.
LightUp xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Can Azərbaycana canımız fəda”, – Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, Çavuşoğlu daha əvvəl Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qərarını qeyri-obyektiv və qeyri-konstruktiv adlandırıb.
“Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir. Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”, – keçmiş nazir sosial şəbəkə hesabında yazıb.