📌 51 il əvvəl ABŞ-da qrafik dizayn üzrə təhsil alan Carolyn Davidson adlı xanım tələbə təhsilini davam etdirmək üçün əlavə sifarişlər götürürdü (freelance). Bu ərəfədə Carolyn “Nike”ın qurucusu olacaq Phil Knight ilə tanış olur və onun üçün qrafik dizayner kimi saatı 2 dollara “freelance” işləməyə başlayır.
Phil Knight öz ayaqqabı markasını yaratmağa qərar verəndə loqo üçün Carolynə müraciət edir. Carolyn tapşırığı yerinə yetirir – axıcı, hərəkətli, sürəti göstərən və bir təsdiq işarəsi kimi görünən “Nike Swoosh” loqosunu çəkir. Bu iş üçün Carolyn 17.5 saat vaxt sərf etmişdi və saatı 2 dollardan hesablayıb loqo üçün 35 dollar pul qazanmışdı.
Carolyn Davidson 1975-ci ilə qədər Phil Knight üçün dizayn xidmətləri verməyə davam edib. Düzgün marketinq strategiyası, reklamlar, uğurlu loqo və mesaj ilə Nike inkişaf etməyə, böyüməyə davam edirdi.
1983-cü ildə Nike rəsmiləri Carolyn Davidsonu görüşə çağırdılar və ona almaz və qızıldan hazırlanmış Nike loqosu formasında üzük və Nike şirkətinin dəyəri 1 000 000 $-dan yüksək olan hissələrini bağışladılar… İllər sonra 35$-lıq bu möhtəşəm loqo əsl dəyərini geri qazandı.
Carolyn Davidson növbəti 30 il ərzində də “freelance” işləməyə davam etdi. Hazırda 79 yaşıvar.
ℹ️ Hazırda Nike şirkətinin marka dəyəri 30 milyard dollardan çoxdur. Nike dünyanın ən böyük idman markasıdır. Halbuki, Phil Knight cəmi 50$ ilə işə başlamışdı… Markanın bu qədər uğurlu olması uğurlu-kreativ reklam kampaniyaları, möhtəşəm loqo və sloqan (Just Do It.), uğurlu müqavilələr (məs. Michael Jordan), doğru qərarlar, ümumilikdə düzgün marketinq strategiyasına söykənir.
Albert Eynişeydi