İspan qripi Birinci Dünya Müharibəsinin sonunda (1918-1920) ortaya çıxdı və 18 ayda ən yaxşı halda 50 milyon insanın həyatına son qoymuşdur. Bir çox ekspertlər ölənlərin sayını 150 milyona çatdırsa da, o günün ab-havasına görə hadisələrin qeydə alınmadığı və senzuraya məruz qaldığı üçün dəqiq rəqəm tapmaq mümkün olmadığını bildirirlər. Xəstəliyin İspan qripi olaraq adlandırılmasının baş verən hadisələrl əlaqədardır . Müharibəyə girən Avropa dövlətləri bu xəstəliyi ictimaiyyətdən gizlədib mətbuata qadağa qoydular, lakin müharibəyə girməyən İspaniya bu xəstəliyə qarşı heç bir senzura tətbiq etmədiyi üçün ilk hallar Avropada mətbuatda əks olundu.Bu səbəbdən qripə İspan qripi adı verildi və bu xəstəliyə müxtəlif bölgələrdə də fərqli adlar verilmişdir. Braziliyada alman qripi, Seneqalda Braziliya qripi,Polşada isə Bolşevik xəstəliyi deyilirdi.
İspan qripinin harada yarandığı ilə bağlı müxtəlif söz-söhbətlər olsa da, ən güclü üç şayiə var. Bu söz-söhbətlərin başında quşçuluğun mərkəzi və əhalinin çoxluğu ilə yanaşı müxtəlif dərmanların hazırlanmasında mərkəz olan Çin dayanırdı. Qərbi Avropanın da qripin mərkəzi ola biləcəyi düşünülür, lakin son araşdırmalar Qərbi Avropanın mərkəz ola bilməyəcəyini göstərir. Ən güclü və qaynaq baxımından mərkəz olma ehtimalı yüksək olan yer ABŞ-ın Nyu Meksiko ştatıdır. Toyuq və donuz fermalarının üstünlük təşkil etdiyi və eyni zamanda çinli işçilərin də üstünlük təşkil etdiyi bölgə bu gün İspan qripinin mənbəyi hesab olunur. Virusun toyuqdan, yoxsa donuzdan keçdiyi məlum deyil. Lakin amerikalılar Avropaya gələndə Amerika əsgərlərinin yerləşdiyi ərazilərdə ispan qripi halları ortaya çıxdı.
Virusun yayıldığı dövrdə dünyada Birinci Dünya Müharibəsi gedirdi. Şübhəsiz ki, epidemiyanı epidemiyadan pandemiyaya gətirən Amerikanın Avropaya qoşun yeritməsi oldu. Qısa zamanda milyonlarla insana yayılan bu xəstəlik, şübhəsiz ki, dünya müharibəsini sona çatdıran səbəblərdən biridir. Qripin digər növlərindən fərqli olaraq qocalara, zəiflərə və uşaqlara deyil, eyni zamanda sağlam insanlara və gənclərə də təsir edirdi. Ən böyük təsirləri görən 20-40 yaşlı insanların əksəriyyəti cəbhədə idi və o günkü səhiyyə infrastrukturunu nəzərə alsaq müharibə dönəmində bu işin öhdəsindən gələ bilmədi və nəticədə milyonlarla insan evlərindən minlərlə kilometr aralıda, həlak oldu. Əsgər olanlar adi insanlardan daha şanslı idilər, çünki onları müayinə edən həkimlər var idi, lakin xalqın sağlamlığının qeydinə qala biləcək həkim tapılmırdı. Çünki o dönəm həkimlərin böyük əksəriyyəti döyüşlərdə idi.
Xəstəliyə Qarşı alınan tədbirlər
Təəssüf ki, dövrün təbabəti xəstəliyin müalicəsi üçün yetərli deyildi. Həkimlərin ictimaiyyətə yalnız 3 tövsiyəsi ola bilərdi. İstirahət etmək, yaxşı yemək və gigiyena qaydalarına riayət etmək. Hökumətlər insanların toplaşdığı yerləri bağlamaq qərarına gəliblər. Kinoteatrlar, kilsələr və təhsil ocaqları bağlansa da, bu tədbirlər epidemiyanın qarşısını almadı, onu ləngitdi.
Arellona adlı qrip maskası ictimaiyyətə münasib qiymətlərlə satışa çıxarıldı. Əvvəllər insanlarda xəstəlikdən qorunmaq üçün inam yaradan bu maskalar əslində heç bir nəticə vermədi, hətta xəstəliyə tutulmaq bir tərəfə göstəriciləri artırdı. Amerikada bəzi tibb işçiləri maska taxırdı, bəziləri isə yox. Aparılan araşdırmalarda, geyinənlərin 8,3%-i, geyinməyənlərin isə 7,9%-i yoluxmuşdur. Geyinənlərin xəstələnmə nisbətinin yüksək olmasının səbəbi,üzərinə yapışan virusların tənəffüs yollarına keçmsi olmuşdur. Göründüyü kimi tarixin müxtəlif dövürlərində inasanlar böyük fəlakət sayıla biləcək xəstəliklərlə mübarizə aparmışdır.Böyük insan təlafatları ilə nəticələnən bu xəstəliklər təbabətin inkişafı ilə müəyyən dərəcədə önlənə bilmişdir.Bu gün dünyanı cənginə alan Korona virus pandemiyasıda artıq ilk yayıldığı dönəmdəki təsirindən uzaqlaşmış və xəstəliyə qarşı müxtəlif peyvəndlərlə mübarizə aparılmaqdadır.