Hər il Brand Finance tərəfindən hazırlanan dünyanın ən dəyərli 500 markasının müəyyən edildiyi “Dünyanın Ən Dəyərli 500 Markası – Global 500-2021” siyahısı açıqlanıb. Bu il də TOP-10-luqda texnologiya markalarının üstünlüyü diqqət çəkir. Ən maraqlı məqam isə 2016-cı ildən bəri siyahının ilk pilləsində yer almayan Apple firmasının bu il zirvədə qərarlaşması olub. İllərdən bəridir ki, zirvənin sahibi olan Amazon şirkətini geridə qoyan Apple 2021-ci ilin ən dəyərli markası seçilib.
Xarici mətbuata istinadla bildirilir ki, sözügedən hesabatda Apple firmasının marka dəyərinin 87% artmaqla 263,4 milyard dollara yüksəldiyi qeyd edilib. Amazon 254 milyard dollarlıq dəyərlə ikinci pillədə qərarlaşıb. Google, Microsoft və Samsung da ardıcıl olaraq siyahının 3,4,5-ci pillələrində yer alıblar. Bu markalar içərisində ən az dəyər qazanan isə 1.4%-lik artımla Google olub. Aşağıdakı cədvəldən siyahının TOP-luğu ilə tanış ola bilərsiniz.
Siyahıya nəzər saldıqda ən çox markanın ABŞ-a məxsus olduğunu, Çin və Cənubi Koreyanın da həmçinin təmsil olunduğunu görə bilirik. Qeyd edək ki, dünyanın ən dəyərli 500-cü markası isə 4 milyard dollarlıq dəyərə sahibdir.
Banco