Fransada prezident seçkilərinin yekun nəticələri məlum olub.
Belə ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 %-i hesablandıqdan sonra hazırkı Prezident Emmanuel Makron 58,55 faiz səs topladığı müəyyənləşib.
Onun rəqibi Marin Le Pen seçicilərin 41,45 faizinin dəstəyini qazanıb.
Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Emmanuel Makron 2022-2027-ci illərdə də Fransanın prezidenti olacaq.
İlkin nəticələrə görə, o səslərin 57,60%-ini qazanıb.
Makronun tərəfdarları Eyfel qülləsinin ətəyində Champ de Marsda qələbəni qeyd etməyə başlayıblar.
Milli Birlik Partiyasının namizədi Marin Le Pen Fransa prezident seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf edib.
“Report” Fransa mətbuatına istinadən xəbər verir ki, Le Pen seçki məntəqələri bağlandıqdan sonra ictimaiyyətə açıqlanan prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb.
Eyni zamanda o, yayda keçiriləcək parlament seçkilərində partiyasını dəstəkləməyə çağırıb.
Qeyd edək ki, seçki məntəqələrindən daxil olan ilkin məlumatlara görə, Emmanuel Makron 57,6 faiz, onun rəqibi, ifrat sağ təmayüllü “Milli Birlik” partiyasının lideri Marin Le Pen isə 42,4 faiz səs toplayıb.
Fransa Konstitusiya Məhkəməsi seçkilərin rəsmi nəticələrini aprelin 27-də elan edəcək.
Fransada prezident seçkilərinin ikinci turunda “exit-poll”un nəticələri məlum olub.
Yayılan xəbərlərə görə, səsvermədə hazırkı dövlət başçısı Emmanuel Makron liderlik edir.
O, səslərin 55-58% faizini toplaya bilib. Dövlət başçısı Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət edərək qələbəsini elan etməyə hazırlaşır.
Qeyd edək ki, 2017-ci ildə keçirilən prezident seçkilərində də Makron məhz Le Penə qalib gəlmişdi. O zaman hazırki prezident səslərin 66,1 %-ni toplamışdı.
Xatırladaq ki, Fransa prezidenti beş il müddətinə seçilir.