Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.
Verilən xəbərə görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal və avadanlıqların idxalı hallarında gömrük yığımları alınmayacaq.