1.
Airbus şirkətinin A380 model sərnişin təyyarəsi istifadə edilmiş yemək yağlarından və digər atqı yağlardan hazırlanan yeni növ yanacaq istifadə edərək uçub.
Uçuş təxminən 3 saat davam edib və 27 ton yanacaq istifadə edilib. Airbus şirkətinin məqsədi bu tip yanacaqların istifadəsini artırmaqla 2050-ci ilə qədər sıfır karbon emissiyası çatmaqdır.
SAF adlandırılan bu yanacaq qızardırılmış kartof qoxusu verir.
2.
Yeni qanun qəbul edildi: Azərbaycanda investora hədə-qorxu gəlmək – Qadağan edildi
Layihəyə əsasən, yerli və xarici investorlara, onların investisiyalarına qarşı hədə-qorxu, ayrı-seçkilik, təqib və zorakılıq qadağan edilir.
İnvestorların hüquq və azadlıqlarını qorumaq üçün oxşar vəziyyətlərdə milli rejim və az əlverişli olmayan rejim tətbiq ediləcə.Milli Məclis qanun layihəsini I oxunuşda qəbul edib.
3.
Ukrayna liderləri Macarıstanı təhqir etməyi dayandırmalı və macar xalqının iradəsini tanımalıdır. Bazar günü keçirilən seçkilərin nəticələri hökumətin enerji sanksiyalarına qarşı mövqeyini xalqın dəstəklədiyini və silahların Macarıstandan keçməsinə icazə vermədiyini göstərdi.
Macarıstanın xarici işlər naziri Piter Siyarto
4.
Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanksiya paketinin hansı sahələri əhatə edəcəyi məlum olub.
Rusiyadan ildə 4 milyard avro dəyərində kömür idxalına qadağa qoyulur;
Rusiyanın 4 əsas bankında, o cümlədən Rusiyanın 2-ci ən böyük bankı olan VTB-də tam əməliyyat qadağası qoyulur;
Mühüm sahələrdə 10 milyard avro dəyərində əlavə ixrac qadağalarının tətbiq edilir;
Rusiya və Belarus oliqarxlarına qarşı əlavə sanksiyalar tətbiq edilir.
5.
Bir neçə gün əvvəl ölüm xəbəri yayılıb , sonra sağ olduğu deyilən Jirnoviski vəfat edib.
O, Rusiya Liberal Demokrat Partiyasının sədri idi. 75 yaşı var idi.
6.
Malayziyanın Petronas şirkəti 15.5%-lik payı SOCAR, BP və LuKOil’ə satıb ölkədən çıxdı.
Rəsmi olaraq “Petronas Azerbaijan” şirkəti ləğv olunduğunu bu gün elan etdi.
Albert Eynişeydi, Tipik İqtisadçı-Ekspert, Tipik İqtisadçı-Ekspert