Yaşadığımız həyatda etdiyimiz hər bir hərəkət dəyərlidi.Etdiyimiz işlər gələcəkdə yaxşı və ya pis nəticələrə gətirib çıxara bilər. Faydalı, səmərəli insanlara xeyir verən işlər görsək gələcəkdə özümüzə və cəmiyyətə yaxşı mənada təsir edəcək.Əgər pis işlərlə vaxtımızı öldürsək ziyana uğruyanlardan olarıq.Bəzən ən önəmsəmədiyimiz əhəmiyyət vermədiyimiz xırda işlər belə gələcəkdəki işlərə böyük ölçüdə təsir edə bilər.Son nəticə əvvəl alınan qərarlardan asılıdır.Necə ki İnglis yazıçısı Marşakın əsərində deyilir.Mismar yox idi deyə atın nalı itdi,atın nalı itdi deyə at axsadı,at axsadı deyə komandir oldürüldü,süvarilər dağıldı, ordu qaçdı, düşmənlər şəhərə girdi,və əsirlərə mərhəmət etmədilər.Bütün bunlar ona görə oldu ki, süvari ordunun mismarı yox idi. Bəli, Bir mismar demək olar ki döyüşün taleyini həll etdi.Həyat da belədir,aldığımız xırda qərarlar böyük nəticələrə səbəb ola bilər.buna elmi dildə “kəpənək effekti” deyirlər .Kəpənək effekti ifadəsini elmdə ilk dəfə 1963 cü ildə Edvard Lorens işlədib. O kompüter vasitəsilə havanın vəziyyəti ilə bağlı hesablamalar apararkən hesablamada xırda rəqəm səhvi edir. İkinci hesablamada isə o rəqəm səhvinə görə hesablamada səhv bir say əldə edir. Bu iki rəqəm arasındakı təxminən 1/1000 (mində bir), yəni bir kəpənəyin qanad çırpmasının yaratdığı küləklə ekvivalent olan fərq olmasına baxmayaraq, proses daxilində ikinci hesablama birinci hesablamaya nəzərən çox fərqli nəticələr verir,və Lorens bu nəticəni belə ifadə edir.”Amazon meşəsindəki hər hansı bir qasırğanın qanad çırpması,Amerikada fırtınaya səbəb ola bilər. Kəpənək qasırğaya güc vermir və ya birbaşa qasırğa yaratmır, ancaq bu ifadə kəpənəyin qanadlarını çırpmasının qasırğaya səbəb ola biləcəyi mənasına gəlir.fikrimcə mövzunun riyazi elmi tərəfini fikirləşmək bizi yorar.gəlin keçək əsas məsələyə.yəni bu effektin həyatımıza nə kimi təsiri ola biləcəyini misallarla izah edək.Birinci dünya müharibəsi.statistikaya görə bu muharibə 68 milyondan çox insanın həyatına son qoyub.Təsəvvür edin siz bir inglis zabitisiz,yaralı Alman əsgəri sizdən kömək istəyir,nə edərdiz? Henrix Tendri yaralı əsgəri xilas edir,və o Alman əsgər sağalıb 20 il sonra ikinci dünya müharibəsini başladır.Bəli bu adamın adı Adolf Hithler idi.bəlkədə Tendri yaralı əsgəri xilas etməsəydi dünyanın gələcək vəziyyəti başqa cür olardı.bir yaxşı əməli misal verək.İlk öncə onu deyim ki heç vaxt əməllərin kiçik olmasını xəfifə almayın.Çünki sizin kiçik gördüyünüz yaxşı əməl gələcəkdə həyatınızı müsbət yöndə dəyişə bilər.Necə ki Musa əs-ın həyatını dəyişdiyi kimi.Müqəddəs kitabımız Qurani-Kərimdə Musa əs və Firovun qissəsi yəqin ki hər kəsə tanışdır.Musa əs-ın uşaqlığı firovunun sarayında keçir. Günlərin bir günü Musa əs istəmədən Misirli birini öldürür. Bu xəbəri eşidən firavun Musa əs-ın tutulması üçün əmr verir .Musa əs oradan qaçmağa məcbur olur.Misirdən uzaqlaşır.Onun əlində nə yeməyi, nə də pulu var idi.O Qurani- Kərimdə adı keçən Mədyən vadisinə gəlir.
Musa əs orada bir su quyusu ətrafında sürülərinə su vermək üçün dalaşan çobanlar, və sürüləriylə birlikdə onlardan uzaqda dayanan iki qızı görür.Musa əs burada nə olubdeyə qızlara sual verir.Qızlar deyir: Biz çobanlar quyudan uzaqlaşmamış su çıxarda bilmirik.O arada qızlardan biri bizi günahlandırma,çünkü bizim pulumuz yoxdu ki xidmətçi tutaq, atamız da qocalıb əldən düşüb. Musa əs onlara quyudan su çıxarmağa kömək edir, və burada kiçik bir kəpənək effekti baş verir.Musa əs bir yolçu idi, nə pulu vardı, nə də verəcək bir şey, əlindən gələn sadəcə onlara quyudan su çıxartmağa kömək etmək idi.O kiçik bir yaxşılıq eliyir, və Quranda buyuruldugu kimi o, heç bir şey söyləmədən oradan uzaqlaşır.Bir yerdə ağacın altında oturur,və Allaha belə dua edir.Ey Rəbbim sənin mənə verəcəyin hər hansı bir xeyirə ehtiyacım var.Mən fəqir, və yoxsulam, sənin verəcəyin yaxşılığa möhtacam.Gələk bu yaxşılığın nəticəsinə. Musa əs yardıma ehtiyacı olan qızlara kömək edir.və burada bəhs etdityimiz kiçik bir kəpənək effekti baş verir.Bir qədər sonra qızlardan biri Musa əs- ın yanına gəlib deyir.Atam sizi çağırır, o bizə etdiyiniz yaxşılığa görə sizə təşəkkür etmək istəyir. Musa əs onların evinə gedir.Qızların atası Musaya bir dolanacağı qədər maaş təklif edir, qalmağa bir yer verir,və sonda da qızlardan biri Musa əs- ın həyat yoldaşı olur.Musa əs etdiyi yaxşılığa görə qalacağı bir ev, iş, həyat yoldaşı, qazanır.Musa əs təbii ki etdiyi yaxşılığın qarşılığın belə olacağını bilmirdi.Amma o Allah üçün bir yaxşılıq etd.Alllah da onun qarşılığını verdi. Bəli əziz oxucular bu yaxşılığın kiçik bir kəpənək effektidir.bütün yaxşılıqların bu dünyada və axirətdə qarşılığı vardır.buna görə də daim insanlara yaxşılıq etmək gözəl bir işdir.Allah bizi heç bir zaman yaxşı əməllərdən uzaqlaşdırmasın.amin
Mahmud Alxazov
Mahmudalxazov62@gmail.com