Bu gün Azərbaycanın ikinci əl maşın bazarında ən çox alınan avtomobil modelləri arasında Toyota, Mercedes, Mitsubishi, Jeep, Lexus yer alır. Bu modellər öz etibarını qazanmış və əlçatandır. Əlçatan dedikdə, yəni detalları və ustası tez tapılır, qiymətləri münasibdir”.
Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Elməddin Muradlı bildirib ki, bəzi avtomobil modellərini sürücülər həvəslə alıb sürür, lakin Bakıdan kənara çıxmağa “risk” etmirlər: “Çünki yolda maşının hansısa detalı xarab olsa, onun nə ustasını, nə də ehtiyat hissələrini tapa bilərik. Son model gələn maşınlar elektron mexanika sisteminə malikdir. Elektronika sistemi var ki, detallar tamam fərqlidir. Məsələn, Volkswagen, BMW X modelləri və s. Bu maşınları alan şəxslər onu cəmi bir neçə ay maksimum bir ildən sonra satmaq barədə düşünür.
Son üç-beş ildir ki, Çin avtomobilləri bazara daxil olmağa başlayıb. Xüsusilə də, devalvasiyadan sonra yeni maşın arzusundan ola insanlar əlçatan kimi gördüyü Çin avtomobil modellərinə müraciət etməyə başladılar. Onların da bir müddət detallarını tapmaq çətin oldu, usta ilə bağlı problem yaşandı. Ona görə də, həm dünyada, həm də Azərbaycanda satışa çıxarılacaq avtomobillərin öncədən usta heyəti yetişdirməli, detallar gətirməlidir. Düzdür, bir neçə model maşınlar gələndə biri də əlavə olaraq ehtiyat hissəsi kimi sökülüb satılmağa göndərilir. Sonra da onun ehtiyat hissələri tədricən gəlir. Amma elə modellər var ki, bu gün belə Bakıdan kənarda onun nə ustasını tapmaq olur, nə də nə də ehtiyat hissələrini. Bəlkə də mərkəz olaraq Lənkəranda, Gəncədə tapmaq mümkündür”.
Bunun səbəbindən də danışan mütəxəssis bildirib ki, rəsmi diller məsələyə bir az məsuliyyətsiz yanaşır:“Adlarını rəsmi diller qoyurlar, amma ikinci əl avtomobillərin satışları ilə məşğuldurlar. Məsələn, rəsmi dillerdən maşının ehtiyat hissələrini sifariş edirsən, tutaq ki, avtomobilin şüşəsini. Deyirlər ki, bir aya gələcək. Təəssüf ki, bəzi dillerlər, şirkətlər usta heyətini hazırlamağa da məsuliyyət göstərmirlər. Ustaları aparıb avtomobilin istehsal olunduğu ölkələrdə təlimə cəlb etmirlər. Təlim üçün ordan bir-iki nəfər usta gətirməklə kifayətlənirlər”.
ted.az