Instagram platforması biznes profilləri üçün xüsusi peşəkar panel təsis etdiyini elan edib.
Yeni idarəetmə paneli platformadan işgüzar məqsədlə istifadə edən hər kəs üçün nəzərdə tutulub. Sözügedən panel vasitəsilə kontent yaradıcıları reklam yerləşdirmə və digər gəlir əldə etmə üsulları üzrə məlumatlana, hər hansı bir restoran və ya mağaza sahibləri isə reklamlarını izləyə və ya alış-veriş funksiyalarını tənzimləyə biləcəklər. Panel həmçinin profil analizləri və düzgün idarə etmə üzrə tövsiyələrə, həmçinin digər faydalı məqalələrə keçid təmin edəcək.
Düzdür sözügedən funksiyalar platforma üçün tamamilə yeni olmasa da, biznes profillərinin bütün vasitələrə eyni yerdə çıxış əldə etməsi ilk dəfə reallaşacaq. Bununla da Instagram platformasının həm ayrı-ayrı müəssisələr, həm də konket yaradıcıları üçün əhəmiyyəti vurğulanır.
Banco