Facebook paylaşımlarla bağlı yeni qərar qəbul edib.
Yeniliyə görə, istifadəçilər artıq postlarının digər şəxslər tərəfindən paylaşılmasına icazə verməyə biləcəklər.
Yeniliyin nə vaxt istifadəyə veriləcəyi bəlli deyil. Bu funksiya Facebookla yanaşı, Instagramda da aktivləşdiriləcək. Yeniliyə görə, istifadəçilər datalarını CSV fayl olaraq Facebookun “Haqq idarəetmə paneli”nə yükləyə biləcəklər. Nəticədə həmin data və paylaşımların qorunmasına xüsusilə diqqət ediləcək. Kənar şəxs sözügedən postu paylaşdığı təqdirdə sahibi onun silinməsini tələb edə biləcək. Amma bu zaman qarşı tərəfə də şikayət hüququ veriləcək. Əsas kriteriya isə datanın qorunması ilə bağlı ilk dəfə panelə kimin müraciət etməsidir.
ted.az