İraqda “əsrin oğurluğu” baş verib ki, bu da misli görünməmiş, daha doğrusu rəsmi sənədlərdə aşkarlanan ən böyük oğurluq faktlarından biridir.İki il əvvəl İraqda Maliyyə Nazirinin müavini olan İhsan Əbdülcabbar İsmayıl vergi idarəsindən icazəsiz pul çıxarıldığını anlayıb.Pul o qədər böyük idi ki, müdaxilə etmək üçün güclü iradə lazım idi. Çünki şübhəsizki belə böyük pulların arxasında böyük, önəmli adlar dayanırdı.Onu oğurlayan şəxsin Nur Zuheyr Casim adlı iş adamı olduğu ortaya çıxıb.Heç bir şeyi olmadığı halda, o, tezliklə İraqın paytaxtı Bağdadın ən prestijli məhəlləsində iki binanın, 5 ulduzlu otelin, 35 mülkün, dəyəri 30 min dollardan çox olan torpaq sahəsinin sahibi və əl-Mənsur rayonundakı ticarət mərkəzində ortaq oldu. Hökumət məmurları Casimini axtarışında idilər. Gizli əməliyyatda həbs qərarı çıxarılsa da, xaricə səfərə qadağa qoyulmamışdı.Casim bunu fürsət kimi görüb Bağdad hava limanına ölkəni tərk etmək üçün gizli şəkildə getmişdi. VİP bölmədən şəxsi təyyarəsinə minən kimi O xüsusi əməliyyat qrubu tərəfindən tutuldu və həbs olundu.İndiyədək oğurlanan 2,5 milyard dollardan cəmi 124 milyon dollar geri qaytarılıb.Casimin bütün pulları geri qaytarmaq üçün məhkəmə tərəfindən zaminə buraxılacağı və onun bütün pulları qaytaracağı gözlənildiyi açıqlanıb. Oğurluqda 2 nazir, 7 müşavir və 11 baş menecerin əli olduğu bildirilsə də, hələlik rəsmi açıqlama yoxdur. Bu məlumat rəsmən təsdiqlənərsə, 2003-cü ildə ABŞ-ın işğalından sonra korrupsiya sisteminə qarşı atılmış ilk və ən böyük addım olacaq. İşğaldan sonrakı dönəmdə elə bir sərvət itirildi ki, ağlasığmazdır. Məsələn, İraq Milli Konqresinin keçmiş sədri Əhməd Çələbi 2003-cü ildən sonra talan edilən pulların ümumi məbləğinin təxminən 300 milyard dollardan çoxnolduğunu söylədikdən sonra qəfildən dünyasını dəyişmişdir.Məlumdur ki, rəsmi sənədlərə görə ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılan pul 156 milyard dollardır.Bu, aysberqin yalnız görünən hissəsidir. Əgər oğurluğun arxasında duranlar da saxlanılırsa, deməli, İraqda tamam başqa dövr başlayır.